“Yəqin onlara ləzzət eləyir ki, keçmiş futbolçu taksi sürür” Müsahibə

05.08.2013 | 15715 dəfə oxunub

Futbolumuzda rus millətindən olan yerlilər çox azdı. Müasir Azərbaycan futbolunda belələri haqqında söz düşəndə ilk növbədə “Qarabağ”lı Maksim Medvedyev yada düşür. Amma yaxın keçmişimizdə də belə futbolçularımız var idi. İqor Ponomaryov, Vadim Vasilyev... Dmitri Spirin.

Bu dəfə ki müsahibim məhz sonuncu adıçəkilən insandı. 15-20 il əvvəl Azərbaycan futbolunda yaxşı tanınan Dima indi sevimli sənətindən demək olar ki, uzaq düşüb. Və ozünə yeni peşə tapıb. Nə qədər qəribə səslənsə də, taksi sürücüsüdü. Hər halda taksi sürücüsü ilə futbol haqqında söhbət eləmək maraqlı olardı. Amma sıradan yox, peşəkar futbolçu olmuş taksi sürücüsü ilə. Bəri başdan deyim ki, onunla rus deyil, doğma dilimizdə söhbət etdik. Azərbaycan dilində sərbəst danışır və müsahibəni də onun istəyi ilə bu dildə aldım. Bir çox “ruskoyazıçnı” futbol məmurlarımızdan fərqli olaraq.

Dmitri Yuryeviç Spirin haqqında qısa məlumat - 1975-ci il sentyabrın 27-də Bakıda anadan olub. 200 saylı futbol təmayüllü və 41 saylı orta məktəbdə təhsil alıb. Futbolçu karyerası ərzində müxtəlif vaxtlarda OİK, “Bakılı”, “ANS Pivani”, “Şəfa”, “Dinamo” və “Qarabağ” komandalarında çıxış edib. Millidə 2 yoxlama oyununda forma geyinib. Ailəlidi.

Çoxdandı görünmürsən işlə məşğulsan?

- AFFA-da komissaram. Aşağı liqa oyunlarına təyinat alıram. Axşamlar da “xaltura” eləyirəm.

Lisenziyan var?

- Var.

Nəqliyyat nazirliyinin işçiləri ilə problem olmur ki?

- Yox əşşi. Köhnə məhləmizdə dayanıram. Çoxu da məni tanıyır.

Bəs yol polisləri ilə?

- Çalışıram qayda pozmayam. Ona görə də mənimlə işləri yoxdu. Çox nadir hallarda saxlayırlar. Onda da yola veririk.

Müştərin çoxdu?

- Hərdən olur, hərdən yox.

Olmayanda neynirsən?

- Dayanıb gözləyirəm.

Əsas müştərilərin kimlər olur?

- Gecə vaxtı kim olmalıdıki? Əksəriyyəti qızlar olur.

Babat pul verirlər?

- Kişilərə baxanda çoxu yaxşı pul verir.

Heç olub ki müştərindən kimsə köhnə futbolçu olsun?

- Bir dəfə. Bir ilin söhbətidi. “Neftçi”nin kapitanı, rəhmətlik Səbuhinin qardaşı Rəşad Sadiqov əl qaldırdı. O dəqiqə bir-birimizi tanıdıq.

Pul aldın?

- Allah eləməsin, ayıbdı! Amma təxminən 15 dəqiqə “güləşdik”. O pulu mənim cibimə basırdı, mən qaytarırdım.

Futbolla  vaxt vidalaşmısan?

- 2005-də. Axırıncı klubum “Qarabağ” olub. Həmin il komanda kuboku götürmüşdü.

Amma sən orada yarım mövsüm oynadınMedal vermişdilər?

- “Qarabağ”da birinci dövrə iştirak etdim. Yox, medal-zad verməyiblər. Amma özümü kubokun qalibi sayıram. Gözləyirdim ki, məni də çağırarlar. Çağırmadılar, canları sağ olsun.

DeməliAzərbaycan kubokunun üçqat qalibisən...

- “Şəfa”da oynayanda finalda “Neftçi”ni udmuşduq. Həmin oyun çox maraqlı olmuşdu. İndiyə kimi də anlamıram ki, nəyə görə birdən-birə final Respublika stadionunda deyil, Sumqayıtda keçirildi. Yəqin kiməsə lazım idi. Amma buna baxmayaraq 2:1 udduq. Çox güclü heyətimiz vardı. Oyun harada keçirilsəydi, onsuz da kuboku götürəcəkdik. Özü də “Neftçi”nin uşaqları oyuna nəsə kefsiz çıxmışdılar. Nə məsələ idi, baş aça bilmədim.

Bir də “Bakı”da olarkən kuboku götürmüşük. Finalda “İnter”i udmuşduq. Yenə də 2:1.

Medallar durur?

- Bəs necə? Evdədi, yadigar saxlayıram.

Bir qədər  keçmişə qayıdaqFutbola gəlişini necə xatırlayırsan?

- Uşaqlıqdan futbolu çox sevirdim. Orta təhsilimi futbol təmayüllü məktəbdə oxumuşam. Kazbek Tuayev rəhbərimiz idi. İlk peşəkar klubum OİK olub. Əsgərlikdən əvvəl də orada oynayırdım. Elə oldu ki, 18 yaşım tamam olanda hərbi xidmətlə əlaqədar elə OİK-də qaldım. Bəxtimdən 4 il. O vaxt müharibə dövrü idi deyə, hərbi xidmət müddətsiz idi.

Cəbhədə olmusan?

- Yox, bizi aparmırdılar. Həm də mənim əsgərliyim atəşkəs dövrünə təsadüf etdi.

Hərbi rütbən var?

- Əlbəttə, sıravi (gülür). OİK-dən sonra “Bakılı”ya keçdim. Bir ara Kazbek müəllim məni “Neftçi”yə baxışa çağırmışdı. Amma götürmədilər. Sonra “Şəfa”ya keçdim. Bir dəfə də “Şəmkir”lə oyundan sonra Əfqan Talıbov məndən “Şəmkir”ə gəlməyimi istədi. Hərbi xidmətdə olduğumu və rəhbərliklə məsələni həll etmələrini istədim. Onunla da söhbət “öldü”.

Sirr deyilsə, “Şəfada  qədər pul qazanırdın?

- Ancaq maaşa oynayırdıq. 150-200 dollar idi. Bir də hər oyuna 20 şirvan (40 manat - red.). Ayda heç olmasa 3 oyun udurduq deyə, gəlirimiz pis deyildi. O vaxt pulun dəyəri vardı. Yaşamaq olurdu.

Maraqlıdıo vaxtkı durumunla bu gün futbolumuzda qiymətin  qədər olardı?

- Heç vaxt məni istəyən komandalara pul oxumamışam. Onsuz da pul verən də yox idi. Uzağı 2-3 min verirdilər. O da yaxşı klublar. İndi heç xəbərim də yoxdu klublar futbolçulara nə qədər “podyomnı” verirlər. Məncə, haradasa 50 min olardı. Aşağı qiymətin yeri yoxdu.

- “Şəfadan sonra “Bakıya keçdin...

- Onda komanda “Dinamo” adlanırdı. Əvvəl yaxşı idi. Sonradan ehtiyatda qalmağa başladım.

Ona görə “Qarabağa getdin?

- Axır vaxtlar oyuna buraxmırdılar. Rəhbərlikdən xahiş elədim, məni pulsuz-parasız buraxdılar. O vaxt Elxan Abdullayev “Qarabağ”a baş məşqçi gəlmişdi. Onunla söhbətdən sonra komandasına çağırdı.

Arada millidədə görünmüsən...

- Hə, Ponomaryovun vaxtında Bolqarıstandakı təlim-məşq toplanışına çağırdılar. 2 həftə Varnada qaldıq. Bolqarıstan və Makedoniya ilə yoxlama oyunlarında forma geymişəm. Sonradan dəvət gəlmədi.

Bilmirsənniyə?

- O vaxt çoxlarının sevimli futbolçuları vardı - “lyubimçik”ləri. Yəqin mən heç kimin “lyubimçik”i deyildim. Ola bilər ki, ona görə milliyə çağırmırdılar.

Heç çempion olmadığına görə təəssüflənirsən?

- Qismət. Mən heç, Tərlan Əhmədov neyləsin? O boyda komandalarda oynayıb, yaxşı karyerası olub.

Fərrux İsmayılovla Samir Musayev  həmçinin.

- Görürsən? Qismət Allahdandı. Çox tanınmışlar çempion ola bilməyib.

Çempionatda neçə oyun keçirmisənyadındadı?

- Yox, dəqiq sayını bilmirəm.

Bəs vurduğun qollar necə?

- Elə də çox qolum olmayıb. Amma vuranda da çox baxımlı qollar vurmuşam. 2003-cü ildə “Dinamo”da olarkən, Respublika stadionunda “Qarabağ”a 40 metrdən bir qol vurmuşdum. Həmin qolu 1 həftə idman verilişlərində həftənin ən gözəl qolu kimi göstərdilər.

Müdafiəçi kimi hansı hücumçuya qarşı oynamaqda çətinlik çəkibsən?

- Konkret ad deyə bilmərəm. Əsasən, bəstəboy, texnikalı futbolçulara qarşı oynayanda əsəbiləşirdim. Amma taran tipli hücumçularla oynamaqdan ləzzət almışam. Həmişə güc futboluna üstünlük vermişəm.

Hakimlərlə problemin çox olub?

- Yox, “sözəbəxan” futbolçu olmuşam. 3-4 dəfə meydandan qovublar. O da sərt oyuna görə. “Sarı” tez-tez almışam.

Bir dəfə  avtoqol müəllifi olmusanYadındadı?

- “Şəfa”da oynayanda “Dinamo” ilə Sumqayıtda oynayırdıq. Cərimə zərbəsindən “prostrel” etdilər. Başla topu qapıçıya ötürmək istədim. Demə, Elşən Poladov da irəli çıxıbmış. Yaman dilxor olmuşdum. Mənə görə komanda uduzdu. Oyundan sonra məşqçimiz Əsgər Abdullayev təsəlli verdi. Hər bir futbolçunun başına belə iş gələ bilər. Amma həmin il kuboku götürdük. Çempionatda da 4-ci yeri tutduq.

Düzünü deheç pul təklif ediblər kioyunu “satasan”?

- O qədər olub ki... OİK-də oynayanda da olub, “Şəfa”da da. Adətən oyun almaq istəyənlər komandada müdafiəçiyə və ya qapıçıya müraciət edirlər. Heç vaxt oyun satmamışam. Çünki, birincisi, həmin pul  haramdı. İkincisi isə, Azərbaycan balaca dövlətdi. Bir müddət sonra hər şeyin üstü açılacaq. Onda qazandığın hörmət heç olacaq.

Azarkeşlik etdiyin klub var?

- “Qarabağ”. Yerli uşaqların çoxluğuna və yaxşı futbol oynadıqlarına görə.

Bəs xarici klublardan? “Real”, ya “Barselona”?

- Yox qardaş, “Yuventus”un azarkeşiyəm. Diqqət yetirsək görərik ki, İtaliya futbolu müdafiəyəmeyllidi. Mən də müdafiəçi olduğuma görə elə futbolu xoşlayıram.

Messiyoxsa Ronaldo?

- Messi. Ronaldo futbolçu deyil, artistdi.

Klublarımızın Avrokuboklardakı oyunlarına baxdın?

- Baxdım. “Qarabağ”dan başqa heç bir komanda xoşuma gəlmədi. “İnter”in bəxti gətirmədi. Ümumiyyətlə, bu komandanın oyun stili çox xoşuma gəlir. Növbəti mərhələyə keçməli idi. “Xəzər Lənkəran” biabır oldu. O boyda pulla 8 top buraxmaq faciə idi. Komandada bir dənə də olsun normal legioner yoxdu. Neynirlər səviyyəsiz futbolçuları, Avropada heç kimə lazım olmayanları Azərbaycana gətirirlər? Ona kimi yerlilər oynayardı də. Heç bu hesabla uduzmazdılar. “Neftçi” isə Albaniya komandasını rahat keçməliydi. Arxayınçılığın güdazına getdilər.

Komanda yoldaşlarınla əlaqə saxlayırsan?

- Nəbi Xanciqazovla Rafael Əmirbəyovla tez-tez görüşürəm. Komissar kimi ayda 2-3 oyuna təyinat alıram. Adətən həmin oyunlarda köhnə uşaqlarla tez-tez rastlaşıram.

Komissar kimi  qədər maaş alırsan?

- Hər oyuna 30 manat, bir də rayonlara gedəndə 20-30 manat yolpulu. Həmin pula dolanmaq olar? Ona görə məcburam ki, axşamlar “şahmat”ı maşının üstünə qoyum. Komissarlıq da ona görə edirəm ki, futbolu çox sevirəm. Meydançada otun iyini hiss edəndə keçmiş günlərim yadıma düşür. Futbol oynamağa da həkimlər icazə vermirlər. Onurğamda problemlər var. Həkimlər sərt hərəkət etməyimə qadağa qoyublar.

Maşın demişkəndəyişmək fikrin yoxduMaşının çox köhnədi.

- Allah qoysa, sentyabrda dəyişəcəm. Hələ bilmirəm nə alım.

Könhə bakılı olduğunu bilirəmÖzünü azərbaycanlı kimi hiss edirsənya rus?

- Azərbaycanlı kimi hiss eləməliyəm də. Atam da Bakıda böyüyüb, mən də. Adət-ənənəni, dili bilirəm. İstəsəydim, çoxdan Rusiyaya köçə bilərdim. Amma oranın millətindən xoşum gəlmir. Onları başa düşə bilmirəm. Azərbaycanda doğulmuşam, ölənə kimi də burada qalacam.

Heç fikrindən keçib kiİslam dinini qəbul edəsən?

- Yox, mən xristianam. Tez-tez olmasa da, arada kilsəyə gedirəm, dini adət-ənənələrə riayət etməyə çalışıram.

 əcəb klubların birində işləmirsənAxı çoxları səni tanıyır.

- Təklif eləyən yoxdu. Uşaqların çoxu klublarda işləyir. Amma mənimlə bir dəfə də olsun maraqlanan olmayıb. “Bakı”nı misal çəkə bilərəm. Neçə il o komandanın futbolçusu olmuşam. Nə Yaşar Seyidov, nə Nail müəllim bir dəfə də olsun deməyiblər ki, “Dima necəsən, nə işlə məşğulsan, gəl bizimlə işlə”. Mənə qalsa, heç vaxt işə görə kiməsə ağız açmaram. Neçə il futbol oynamışam, bilirəm futbol nədi. Yəqin onlara ləzzət eləyir ki, keçmiş futbolçu taksi sürür.

Söhbətləşdi: İLQAR, "Het-trik news"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail