Starkov: "Ümid edirəm ki, yeni oyunçuların seçimində yanılmayacağıq"

24.05.2011 | 4506 dəfə oxunub

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov geridə qalan mövsüm barədə fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, “zolaqlılar”ın çalışdırıcısı geridə qalan mövsümlə bağlı klubun rəsmi saytına danışıb:
 
"Əlbəttə ki, mövsüm "Bakı"nın iddiaları və planlarına uyğun gəlməyəcək bir şəkildə uğursuz alındı. Azarkeşlərimiz qarşısında borclu qaldıq. Amma ümid edirəm ki, məhz bu, bizə növbəti mövsümdə daha yaxşı işləmək və daha yüksək nəticələr əldə etməkdə köməkçimiz olacaq.
 
Mövsüm ümumilikdə uğursuz alındı. Biz qarşıda duran vəzifələrin həllinə nail ola bilmədik, avrokuboklardan kənarda qaldıq. Bu, komandada yaşanan problemlərin təzahürüdü. İnanıram ki, mövsümlərarası fasilə zamanı qarşıda duran təşkilat məsələlərini həll edib, avqusta startı veriləcək yeni çempionata daha güclü və mütəşəkkil komanda şəklində başlayacağıq.
 
Futbolçularımızın bir çoxu ürəkdən çalışırdılar, məncə, kimisə xüsusi qeyd etmək düzgün olmazdı. Heyətdə dəyişikliklər olacaq, cavanlaşdırmaq istiqamətində işlər aparacağıq. Bizə qələbə həsrəti ilə yaşayan, hər epizodda sona qədər mübarizə aparmaq hissi ilə alışıb-yanan oyunçular lazımdır. Ümid edirəm ki, yeni futbolçuların seçimində yanılmayacağıq.
 
Onu da əlavə edim ki, əvəzedici komandamızdan maraq dairəsinə düşən bir neçə futbolçumuz var. Bu il çempionluq qazanan gənc futbolçularımız bizim hazırlıq planına uyğun çalışmaqda davam edirlər.
 
Yeni mövsümün hazırlıqlarına iyun ayının sonlarından etibarən başlamaq niyyətindəyik. Çempionatın başlamasına qədər 2 təlim-məşq toplantısı keçməliyik. Onlardan birini Sloveniyada keçirəcəyik, ikinci toplantı barədə düşünəcəyik. İnanıram ki, planlı məşqlər və güclü rəqiblərlə yoldaşlıq ouyunları keçirərək mövsümə yaxşı hazırlaşa biləcəyik.
 
Əsas odur ki, klubumuzu layiq olduğu mövqelərə qaytaraq. Yaxşı və pis günlərimizdə bizimlə bərabər olan, komandamızı sonadək dəstəkləyən azarkeşlərimizi ən sadiq və ən güclü tərəfdarlar hesab edirəm. Növbəti mövsümdə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Futbola gəlin və komandamıza arxa durun. İnanırıq ki, hər şey urəyinizcə olacaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail