"Bakı"da islahatlar başladı: RƏHBƏRLİK İKİ NƏFƏRLƏ YOLLARINI AYIRDI

11.12.2010 | 3216 dəfə oxunub

Premyer Liqada "Simurq"a sensasiyalı məğlubiyyət, gözlənildiyi kimi, "Bakı" rəhbərliyini hərəkətə gətirib. Öyrəndiyimizə görə, "Muğan"la qarşılaşma öncəsi rəsmilərlə kollektiv üzvlərinin toplantısı keçirilib. Prezident Hafiz Məmmədovun iştirak etmədiyi yığıncaqda "Simurq"a məğlubiyyətdən ciddi narazılıq bildirilib, futbolçulara son xəbərdarlıq edilib. Bəzi qərarlar da elə bu iclasda açıqlanıb. Komandanın rəisi Akif Özakyol və tərcüməçi İbrahim Cəfərov tutduğu postdan ayrılıb. Kamran İsmayılov baş inzibatçı və tərcüməçi təyin olunub. Təhlükəsizlik xidmətinə nəzarət də Zəka İbrahimova keçib. Futbolçulara maşınla bazaya gəlmək qadağan edilib. Rəhbərliyin narahatlığı başadüşüləndir. İlk "altılıq"da yer almamaq təhülkəsi komandanın başının üstünü kəsdirib. Zaqatala təmsilçisi paytaxtdan 1:0 hesablı qələbəylə ayrılmaqla, "Qarabağ" və "Qəbələ"nin də işinə yaradı, "Gəncə"ni isə uzaq düşdüyü rəqiblərə yaxınlaşdırdı. Turnir cədvəlində 7-ci sıraya enmək "Bakı"nı tələblə üz-üzə qoyub: qarşıdakı 3 turda mütləq qələbə qazanmalıdırlar. "Neftçi", "İnter" və "Qəbələ" ilə görüşlərdə komandanın maksimum nəticə əldə etməsi də bir elə inandırıcı görünmür. Vinfrid Şeferin yığdığı və hazırladığı futbolçular "Simurq"un öhdəsindən gəlmirsə, deməli, liderlər qrupunda yer alan rəqibləri udmaq nisyə söhbətdir. Son vaxtlar alman baş məşqçinin istefaya göndəriləcəyilə bağlı xəbərlər dolaşmağa başlasa da, vitse-prezident Zeynal Məmmədovun dediyinə görə, bunun əsası yoxdur. Qeyri-sabit çıxışa baxmayaraq, almaniyalı məşqçiylə müqavilə, çox güman ki, ləğv olunmayacaq: "Məşqçi bizdən nə istəyirsə, yerinə yetiririk. Eyni zamanda biz də ondan nəticə tələb edirik».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail