Zaur Tağızadə rəsmən "Qarabağ"da!

26.05.2011 | 4251 dəfə oxunub

“Qarabağ” 2010/11 mövsümünə yekun vurduqdan sonra dərhal ilk transferini reallaşdırdı. Azerisport.az xəbər verir ki, “Neftçi”nin əvəzedici heyətində çalışan Zaur Tağızadə artıq rəsmən Ağdam klubunun məşqçisidi.
 
Tağızadə yeni klubundakı işiylə bağlı ilk təəssüratlarını bölüşüb: “Qarabağ” kimi böyük camiədə çalışmaq olduqca xoş duyğudu. “Qarabağ” rəhbərliyinə və Qurban Qurbanova göstərdikləri etimada görə öz təşəkkürümü bildirirəm. Artıq karyeramda yeni səhifə açmışam. Futbolçu kimi öyrəndiklərimi  məşqçi kimi təkmilləşdirmək istəyirəm. Qurban Qurbanovla birgə futbol oynamışam. Eyni zamanda mənim məşqçim də olub. Onun futbol təfəkkürünə bələdəm. “Qarabağ” son 2 ildə Avroliqada uğur qazanmaqla yanaşı özünəməxsus dəsti-xətti olan klubdu. Oynadığı hücumameyilli, rəngarəng futbolun azarkeşlərə zövq verdiyini düşünürəm. İnşallah, “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələni etməyə çalşacam. Rəhbərlik “Qarabağ”da əla, mehriban kollektiv yaradıb. Komandanın uğur qazanması üçün istənilən şərait formalaşdırılıb. İnanıram ki, əməkdaşlığımız uzunmüddətli və uğurlu olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail