FİFA çökür, bəs AFFA?- YAZI

31.05.2011 | 5711 dəfə oxunub

rnrn

Deyilənə görə, futbolumuzun 100 yaşı bu gün-sabah tamam olur. Bu münasibətlə keçiriləcək tədbirə az qaldı. Futbolumuz 100 yaşlı olsa da, bəzi söz sahibləri var ki, onların 100 qram ağılı yoxdu. Ağıl olsaydı, idmanın şahı bu kökdə olmazdı.

rnrn

Azərbaycan futbolu dünyada endemikləri ilə məşhurdu. Yalnız bizdə futbolla qohumluq, açıq tərəfkeşlik iç-içədi. Yalnız bizdə əksər məsul vəzifə sahibləri keçmişində futbol izi olmayan şəxslərdi. Yalnız bizdə peşəkar klublar 3-4 olduğu təqdirdə, Peşəkar Futbol Liqası mövcuddu. Yalnız bizdə federasiya prezidenti olmaq üçün "Neftçi" akademiyasının "yetirməsi" olmalısan. Yalnız bizdə Hakimlər Komitəsi asılı qurumdu, PFL-in göstərişi ilə oturub-durur. Yalnız bizdə Hakim-İnspektorlar Komitəsinin sədri oğlundan hakim qayırmaq üçün əl-əyağa düşür, baş katibədək gedib öz həmkarından şikayət edir. Yalnız bizdə aşağı yaş qrupları üzrə milli komandaların 80 faizi keçmiş futbolçu övladlarından təşkil olunur. Yalnız bizdə baş futbol qurumunda ancaq səlahiyyət yiyələrinin balaları üstünlük təşkil edə bilər. Yalnız bizdə...

rnrn

Əgər 100 yaşlı insan yaşayarsa, kamil, dünyagörüşlü şəxsdi, deməli. 100 yaşlı Azərbaycan futbolu isə istənilən xoş sözdən məhrumdu. Futbolun tarixini ayaqları ilə yazanlar ən yaxşı halda göstəriş qulu olurlar. Göz açanın gözünü çıxarırlar, dil açanın dilini kəsirlər, ayaq açanın ayağını qırırlar. Azərbaycanda veteran futbolçu olmaq mümkünsüzdü. Ya gərək "moşşennik" ləqəbini daşımalısan, ya da məhv olmalısan. Araq butulkasının dibində.

rnrn

Az öncə qeyd etdim ki, endemik xüsusiyyətimiz çoxdu, lap çox! Məsələn, elə oxuyub-üfürürük ki, FİFA və UEFA rəsmiləri Bakıya gələndə yalnız xoş sözlər danışırlar. Və çox güman ki, Bakıda və Bakıyabənzər şəhərlərdə verdikləri qeyri-peşəkar və qeyri-real açıqlamalar indi başlarına dərd açıb. Yəqin ki, FİFA-dakı məlum rüşvət iddialarından xəbərdarsız. Futbolun mərkəzi qurumunun rəhbərliyi seçkilərə və səsverməyə hiylə qarışdırmaqda günahlandırılır. Maraqlıdı ki, rüşvətxorluqda günahlandırılan şəxslərin mütləq əksəriyyəti bir neçə gün sonra "Buta Palace"darnAFFA rəhbərliyinin və Azərbaycanda futbolun inkişafına aid müsbət fikirlər səsləndirməyə hazırlaşanlardı. Yəni, dünyanın rüşvətxor kimi tanıdığı və ya tanımağa hazırlaşdığı Yozep Blatter AFFA-nı tərifləməyə gələcək.

rnrn

Gələn ay AFFA-da böyük dəyişiklər olacağı gözlənilir. Maraqlıdı ki, səsvermə yolu ilə dəyişikləri təsdiq edəcək şəxslərin əksəriyyətinin dünyadan xəbəri yoxdu. Onlar AFFA-darnnələrin baş verəcəyindən bixəbərdilər. Bu isə AFFA-da bolşevik üsul-idarəsinin hələ də hökmranlıq etməsindən xəbər verir. Yəni, seçki adlanan nəmənə yalnız formal xarakter daşıyır. Hər şeyi təyinatlar müəyyənləşdirir.

rnrn

Azərbaycan futbolunda inkişaf var? Məsələnin ən ilginc tərəfi odur ki, futbolu inkişaf etdirmək üçün vəzifəyə təyin olunanlar azacıq irəliləməni öz əməllərinin bəhrəsi kimi insanların gözünə soxurlar. Əslində isə onlar yalnız ekstra irəliləmələrlə öyünə bilərlər. Söhbət planlaşdırıldığından artıq irəliləyişdən gedir. Nəzərə alsaq ki, inkişaf planlaşdırılanın heç 5-10 faizini təşkil etmir, deməli, sinəsinə vurub, gen-gen danışmağın nə mənası var, nə əhəmiyyəti.

rnrn

Azərbaycan futbolu 100rnillik yubileyinə başqa libasda girməli idi. Azı ona görə ki, son illər bu idman növünə ayrılan vəsaitin həcmi artıq 1 milyard dollardan çoxdu. Bu məbləğin qarşılığında görülən işləri sadalasam, uzağı bir əlin bütün barmaqları qədər olar. Dövlət futbolun inkişafı üçün əlindən gələnin beşqatını əsirgəmir, di gəl, bəzi vəzifəli şəxslər ya olanları öz adlarına çıxır, ya da vəsaitin istiqamətini başqa yerə döndərirlər.

rnrn

AFFA U-21-in oyununu Mübariz Mənsimovun tikdirdiyi stadionda, millinin qarşılaşmalarını isə rəhmətlik SSRİ-nin inşa etdirdiyi mərkəzi arenada keçirir. Sual oluna bilər, bəs hanı 1 milyard dolların "istehsalı"? Ən çox pul aparan iş stadion tikilişidi ki, ortada yeni bir şey yoxdu. Bəs nə var? Villalar, koteclər, bahalı avtomobillər və s. Ayrılan pullarla mini meydançalar salınıb ki, onların da çoxu şəxsi villaların həyətlərindədi, yəni Azərbaycan futboluna dəxli yoxdu. Bir «Dalğa»dı, o da Mərdəkanın bir küncündə.

rnrn

Futbolumuzun 100 illiyirnmünasibəti ilə futbolumuzu idarəedənlərdən bəzisi villalarının həyətlərində hər birinin dəyəri 20-25 min dollar ağaclar əkdirir. Futbolumuzun 100rnilliyi münasibəti ilə bəziləri AFFA-nın pullarını otellərdə xərcləyirlər, daha doğrusu, dağıdırlar. Bu prosses bir müddət daha davam edəcək. Çünki idmanın şahının inkişafını kəndxuda, feodal, atoğrusu təfəkküründə olanlara tapşırmışıq. Keyfiyyətsiz insanlardan keyfiyyətli iş tələb etmək mənasızdı.

rnrn

rnrn

RƏŞAD FƏRHADOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail