"Bakı" rəsmisindən "Sumqayıt"ın baş məşqçisinə ağır sözlər: "Kadrları izləyib, xəcalət çəkər, bəlkə də utanar"

30.09.2013 | 6193 dəfə oxunub

"Sumqayıt" son turda səfərdə "Bakı"ya uduzdu 0:1. Stadium.az xəbər verir ki, oyundan sonra qonaq komanda "Bakı"nın qalibiyyətini hakimin ayağına "yazdı". Onlar hakimin "Bakı"nın qapısına penalti vermədiyini iddia edirdi. "Bakı"dan buna cavabv isə çox sərt şəkildə gəlib. Klubun  Media və Marketinq direktoru Nəriman Mehdiyev "facebook" sosial şəbəkəsində olaya belə münasibət bildirib: "Üzümü qalmaqal yaratmaq niyyəti ilə şərhlər verən saytlara tutub, deyirəm: əgər bu qayda pozuntusu və 11 metrlik cərimə zərbəsidirsə, onda futbolun ölən günüdür. İnanmağım gəlmir ki, idman jurnalistikasında belə bisavad adamlar var.
"Sumqayıt"ın məşqçisi (baş məşqçisi yazmalıydı əslində) Aqil Məmmədov "Bakı"nı təbrik etmirəm, hakimi təbrik edirəm" deməklə, öz səviyyəsini ortaya qoyur. Sabiq futbolçu kimi nə dediyimi anlayar, yəqin ki... Sonradan kadrları izləyib, xəcalət çəkər, bəlkə də rəqibin qələbəsinə kölgə saldığı üçün utanar. Hər halda düşünürəm ki, emosiyalara qapılaraq bu fikirləri səsləndirib"...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail