Foqtsa «Aftafa Kubok» və tualet kağızı təqdim edildi!

Jurnalistlərin növbəti etiraz aksiyası baş tutdu

05.06.2011 | 6324 dəfə oxunub

rnrn

BertirnFoqtsun yarıtmaz fəaliyyəti azarkeşlər və futbol ictimaiyyəti kimi medianı da bezdirib. Bu günə qədər alman məşqçinin milli komandadan qovulmasını müxtəlif üsullarla tələb etmişik. Hətta Lixtenşteynlə oyundan sonra mətbuat konfransını tərk etməklə öz etirazımızı bildirmişdik. Lakin AFFA rəhbərliyi hələ də inadkarlıq edərək, qoca almanı yığmadan uzaqlaşdırmır.
rnAVRO-2012-nin seçmə mərhələsinin A qrupunun autsayderi Qazaxıstana məğlubiyyət səbr kasamızı daşırdı. Bundan başqa, AFFA-nın müstəqil mətbuata qarşı "təcrid mövqeyi"nə qarşılıq etirazın başqa üsullarına əl atmaq zorunda olduğumuzu anladıq və oturub müzakirə apardıq. Müzakirələrdən sonra etiraz aksiyasının hansı formada keçirilməsi ilə bağlı qərar qəbul etdik.

rnrn

Əli Sahib (Fanat.az), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Rəşad Ergün ("KomandA" qəzeti), İlkin Vidadioğlu (Fanat.az), Vüsal Gözəlov (Stadium.az) və Pərvin Kazımoğlunun (Fanat.az) ortaq ideyası belə oldu ki, bugünkü mətbuat konfransında məşqçiyə və dolayısıyla AFFA rəhbərliyinə etirazımızı sivil formatda bildirək.

rnrn

Əslində planımız mətbuat konfransının gedişində flaşmob keçirmək idi. Belə ki, konfrans zamanı Foqtsa aftafa və tualet kağızı təqdim etməyi planlaşdırmışdıq. Aftafa alman çalışdırıcının "2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik" açıqlamasına işarə idi - "Kuboku" 3 il əvvəldən ona hədiyyə etmək istədik. Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin "dəyərini" ifadə edirdi.

rnrn

Əvvəlcədən duyuq düşən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və əməkdaşı Elton Quliyev aksiyanın qarşısını almaq üçün adıçəkilən jurnalistlərə təzyiq göstərib, konfrans zalından xaric etdilər. Daha sonra isə olay yerinə polis çağırıldı. Jurnalistlər aftafa və tualet kağızı olan çantanı çöldə saxlayıb, konfransda iştirak etməyə razılıq verdilər.

rnrn

Adəti üzrə, Foqts sualları ironiya və biganəliklə cavablandırdı. Konfrans başa çatandan sonra isə aksiya iştirakçıları nəzərdə tutulan aksiyanı nəhayət, gerçəkləşdirdilər.

rnrn

Qeyd edək ki, asossiasiya rəhbərliyi medianın obyektiv təklifini dəyərləndirənə qədər bu cür aksiyalar müxtəlif formalarda davam etdiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail