Foqts arsız açıqlamalar verib AFFA rəhbərliyini ələ saldı

05.06.2011 | 4672 dəfə oxunub

rnrn

"Əgər kimsə məndən narazıdırsa, qoy desin. Əgər AFFA prezidenti hesab edirsə, mən komandaya lazım deyiləm, mən İstanbula ilk bileti götürərəm. Elə məhz bu gün, saat 16.00-da. Ordanda Almaniyaya gedərəm". Stadium.Az xəbər verir ki, bu sözləri bu gün mətbuat konfransı keçirən yığma komandanın baş məşqçisi Berti Foqts deyib.
rn"Düz 3 ildi deyirsiz ki, futbolçular bacardıqlarını nümayiş etdirə bilmirlər. Siz ki, məşqçisiz, nə əcəb vəziyyəti dəyişə bilmirsiz" sualına Foqtsun cavabı belə olub: "Mən sizinlə razıyam. Bəzən özümə də bu sualı verirəm. Amma gəlin məsələyə digər tərəfdən baxaq: Azərbaycan ilk səfər qələbəsini kimin rəhbərliyi altında rəsmiləşdirib?"
rnQazaxıstanla oyundan sonra heç kimi günahlandırmadığını deyə alman məğlubiyyətə görə utanmadığını bildirib: "Mən heç kimi günahlandırmamışam. Futbolda məğlub da olmaq olar, bu, normaldı. Mən nəyə utanıram? Ona utanıram ki, komandam göstərməyə qadir olduğu oyunu sərgiləyə bilmir. Ona utanıram ki, meydanda sona kimi döyüşmürlər. Komandamız gənclərdən qurulub və təzyiq altında oynaya bilmir".

"Beranek 8 aya Azərbaycanı yenə biləcək komanda yarada bildi. Amma siz üç ilə bunu da bacarmadız" sualına Foqts belə cavab verib: "Biz qələbə qazana bilərdik. Sadəcə səfər oyunlarında aqressiv futbol sərgiləməyə alışqanrndeyilik. Problem bundadı. Həmin oyunda Qazaxıstan daha aqressiv oynadı, nəinki biz".
Qazaxıstanda mətbuat konfransı keçirən Foqts Azərbaycanın DÇ-2014-də çıxış edəcəyini bildirmişdi. Mətbuat konfransında Dünya çempionatına hazırlıq barədə də sual verilib: "Mənə Dünya çempionatı haqda sual veriləndə, mən də elə cavab verməyə məcbur idim. Hərdən biz məşqlərimizə böyük uğurlar qazanmış idmançıları çağırırıq. Məsələn, sonuncu dəfə Elnur Məmmədli komandayla görüşə gəlmişdi ki, bu da müəyyən psixoloji təsir vasitəsi ola bilər".



  #2   Adınız: Aqil Haciyev;   E-mail: [email protected]

06.06.2011 07:34

Foqts getsin yerine kim gelir gelsin xeyri yoxdu...gerek oyuncularin hamisini deyishesen,Milli gerek yeniden qurulsun...

  #1   Adınız: kamran kamranov;   E-mail: [email protected]

06.06.2011 01:51

FOQST BAS BAYRA COX DANISMA AFFA BUNA CAVABSIZ QALMA AT ONU BAYIRA

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail