Almanlar gəldilər, millimizi uddular, getdilər

08.06.2011 | 4649 dəfə oxunub

rn

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün növbəti görüşünə çıxıb. Stadium.Az saytı xəbər verir ki, millimiz öz meydanında qrupun vahid lideri Almaniya yığmasını qəbul edib.

Bu komandalar arasında keçirilən ilk görüşdə millimiz səfərdə rəqibinə 1:6 hesabı ilə məğlub olmuşdu. Almanlar bugünkü oyunun da favoriti sayılırdılar. Lakin son görüşündə səfərdə Qazaxıstan yığmasına 1:2 hesabı ilə məğlub olan Berti Foqtsun komandası doğma azarkeşlər önündə bəraət almaq niyyətində idi. Amma yığmamız qrupda 5-ci məğlubiyyətini alıb. Qazaxıstanla görüşlə müqayisədə komandamız nisbətən yaxşı oynasa da, qapısından daha çox - 3 top buraxıb. Bununla da millimiz 3 xalla 5-ci pillədə qalıb. Almaniya isə ardıcıl 7-ci qələbə sayəsində qrup lideri kimi final mərhələsinə yüksəlib.

Azərbaycan və Almaniya milliləri 5-ci dəfə qarşılaşıblar. İlk 4 görüş almanların qələbəsi ilə başa çatıb. DÇ-2010-nun seçmə mərhələsində səfərdə 0:4 hesabı ilə məğlub olan millimiz Bakıda 0:2 hesablı yenilgiyə üzülmüşdü. Son görüş isə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutub ki, burada da millimiz rəqibinə səfərdə 1:6 hesabı ilə məğlub olmuşdu.


7 iyun

AÇ-2012-nin seçmə mərhələsi

22:00. Azərbaycan - Almaniya - 1:3
Qol:
Məsut Özil, 30 (0:1). Mario Qomes, 41 (0:2). Murad Hüseynov, 89 (1:2). Andre Şürrle, 90+2 (1:3)
Baş hakim: Mixail Koukoulakis (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

AZƏRBAYCAN:
Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Ruslan Abışov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov (Rəşad Sadiqov, 86), Əfran İsmayılov (Arif İsayev, 57), Vüqar Nadirov, Vaqif Cavadov (Murad Hüseynov, 70).

ALMANİYA: Manuel Noyer, Dennis Aoqo, Filip Lam, Xolqer Badştuber, Mats Xummels, Toni Kroos, Benedikt Hevedes, Tomas Müller, Lukas Podolski (Andre Şürrle, 75), Məsut Özil (Mario Götse, 81), Mario Qomes (Lüis Holtbi, 88).

1 Almaniya770022-321
2 Belçika732215-1011
3 Türkiyə63129-710
4 Avstriya621310-107
5 Azərbaycan61055-183
6 Qazaxıstan61052-153



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail