"Qəbələ" "Xəzər Lənkəran"la oyun üçün başladı

06.11.2013 | 4337 dəfə oxunub

"Qarabağ" - "Qəbələ" (4:3) matçının ardından 2 günlük istirahətə buraxılan Yuri Syominin komandası bu gündən Premyer Liqanın XIII turu çərçivəsində "Xəzər Lənkəran"la keçiriləcək qarşılaşmanın hazırlıqlarına start verir. Stadium.Az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda bir araya gələn komanda günü 1 məşqlə yekunlaşdıracaq. 

Zədəsi sağalan Tərzin Cahangirov komanda ilə məşqlərə qatılacaq. Digər zədəlilər - Rail Məlikov, Omar Kalabane və Abdulvahid Afolabinin bərpa prosesi davam edir.

"Xəzər Lənkəran" - "Qəbələ" matçı bazar günü - noyabrın 10-u, saat 17:00-da Lənkəran şəhər stadionunda baş tutacaq. "Qəbələ" oyundan bir gün öncə Lənkərana yollanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail