Qurban Qurbanov: "...Gelaşvili bundan sonra hər oyun 2 qol vuracaq”

06.11.2013 | 4789 dəfə oxunub

Topaz Premyer Liqasında 12-ci turun ən yaxşı oyunçusu “Qəbələ” ilə oyunda iki qol vuran və bir qol ötürməsi edən Nikolas Gelaşvili seçildi. “Qarabağ”a gələndən son günlərə kimi tənqid hədəfinə çevrilən bu futbolçu artıq özünü göstərməkdədir. Komandadkı ilk vaxtlarında o qədər qol imkanlarını boşa verirdi ki, onu oynatdığı üçün baş məşqçi Qurban Qurbanov da tənqid hədəfinə çevrilmişdi. Qurban müəllimlə də elə bunlar barədə danışdıq. Stadium.Az saytına açıqlamasında baş məşqçi belə danışdı:“Gelaşvilidə xeyli inkişaf var, yavaş-yavaş komandaya uyğunlaşıb demək olar. Gəldiyi vaxtlarda belə deyildi, amma indi özünü daha rahat hiss edir. Futbolçu daimi olaraq düzgün çalışırsa, məşq edirsə, bunun nəticəsində oynamağı da düzələcək. Nikolas indi başqa cür hazırlaşır. Futbolçularla da təmas qura bilmirdi, sıxılırdı, amma indi normaldır. Amma bu o demək deyil ki, Gelaşvili bundan sonra hər oyun 2 qol vuracaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail