Erməni futbol başçısı Azərbaycanda villa tikdirib

07.11.2013 | 4729 dəfə oxunub

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Şuşaya köçür. Stadium.az xəbər verir ki,  “Nemes Rubo” kimi tanınan sabiq deputat Azərbaycanın işğal olunmuş tarixi şəhərində özünə dəbdəbəli villa tikdirir. 
Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə, Ayrapetyan ölkənin digər imkanlı şəxslərini də Şuşada malikanə tikdirməyə təşviq edir. Onun məqsədi Qarabağ ərazisində məskunlaşan ermənilərə bu bölgəyə sadiq olduğunu göstərməkdir.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın baş nazirinin müavini Artur Aqabekyan da bu xəbəri təsdiq edib. O bildirib ki, digər iş adamları da Ruben Ayrapetyanın çağırışına səs versələr, onlara əllərindən gələn köməkliyi göstərəcəklər.

Ruben Ayrapetyan 2012-ci ilin iyun ayında özünə məxsus olan “Arsnakar” restoranında hərbiçi həkimləri döydürdüyü üçün deputat mandatını itirib. O, Ermənistanda qalmaqallara meylli şəxs kimi tanınır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail