Toşakdan acı etiraf

11.11.2013 | 4132 dəfə oxunub

Dünən Lənkəranda "Qəbələ" ilə qolsuz bərabərə qalan "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak oyun barədə danışıb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytına danışan uelsli mütəxəssis ümumi problemlərindən də bəhs edib: "Dünən komandam gözəl oyun sərgilədi. Matç sonrası paltardəyişmə otağında onlara irad bildirmək üçün səbəb yox idi. Yalnız qol vura bilməmək problem olaraq qalır. “Qəbələ” Azərbaycan çempionatının çox güclü klublarındandır. Onların infrastrukturu hələ də gözüm önündən getmir. Bu mənada biz dünən onlardan çox üstün futbol sərgilədik,topa nəzarət etdik, qol vəziyyətləri yaratdıq. Amma artıq neçə oyundur ki, komandam futbolda ən vacib amili-qol meyvəsini dada bilmir. İstənilən halda komandanın oyunlarını təhlil edərkən geri boylanmalı olursan. Biz evdə bütün rəqiblərdən üstün oyun sərgiləmişik, qələbəyə sözün bütün mənalarında layiq olmuşuq. Amma cəmi bir qələbə qazanmışıq. Yalnız “Qarabağ” deyə bilər ki, biz Lənkəranda layiq olduğumuz üç xalı qazandıq. Bunu etiraf edirəm və deyim ki, həmin oyunda belə çox gözəl oynamışdıq. Tounkara - Sakkoni əvəzetməsi belə görürəm ki, medianın marağına səbəb olub. Bu əvəzetməni yalnız bir şeyə görə etdim - meydanın vəziyyəti çox texnikalı olan bu iki futbolçunun istədiyi kimi oynamasına imkan vermirdi. Tounkarada bu səbəb özünü daha tez nəzərə çarpdırdısa, Sakkonini də oyunun sonlarında Benouahi ilə əvəzləməyim normal idi. Çünki, Zoahir həm fiziki olaraq güclü futbolçudur, həm də zərbələri güclüdür. Bu mənada zədədən yeni qayıdan Zoahiri son dəqiqələrdə Sakkoni ilə əvəzlədim. Hazırda 21 yaşa qədər futbolçular üzərində seçim aparır, əvəzedici heyətimizdə əsas komandamızda çıxış etməyə layiq ola biləcək gənclərin oyunlarını analiz edirəm. Dünən Ağabala zədələndi və dərhal təşvişə düşdük ki, Ramazanov oyunu davam etdirə bilməsə ilk öncə Orxanı qapıya qoymalı, daha sonra isə Ağabalanı yerinə hücumçu salmalıyıq. İki vacib mövqe - qapı və hücumda seçimimiz gənclər üzərindədir ki, bu da bizə mane olur. Demək istəyirəm ki, ilk dəfə karyeram boyu çətin bir duruma düşmüşəm. Amma bu çətinlikdən çıxmağı bacaracağıma da əminəm. Şans bizdən bu qədər üz döndərməsə idi, biz indi fərqli şeylərdən danışırdıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail