Tofiq Mikayılov artıq bərpa kurslarına başlayıb

12.11.2013 | 7228 dəfə oxunub

Çempionatın I turda keçirilən "Simurq” – "Rəvan” oyunu qonaqlar təkcə məğlubiyyətə yox, həm də əsas futbolçularından biri olan Tofiq Mikayılovu itirməsinə üzüldü. Stadium.az xəbər verir ki, dizindən ağır zədələnən yarımmüdafiəçi ili başa vurdu. Belə ki, dizinin xaçvari bağları qırılan oyunçunun ən azı yarım il oynamayacağı məlum oldu.

Elə avqustda Mərkəzi Kliniki Xəstəxanada uğurla əməliyyat olunan futbolçu artıq bərpa mərhələsinə qədəm qoyub. Bunu klubun rəsmi saytına müsahibəsində Tofiqin özü bildirdi: "İlk öncə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Sağ olsunlar, mənə hər cəhətdən kömək etdilər, dəstək oldular. Elə komanda yoldaşlarıma da minnətdaram. Hamısı çətin vaxtımda yanımda oldular. Allah razı olsun hamısından. Bilirsiz, mən ilk dəfədir belə ağır zədə alıram. Zədə alan epizodda dərhal məsələnin ciddi olduğunu hiss elədim. Çünki dizim qatlandı. Dözülməz ağrılar hiss etdim. Ümumiyyətlə, heç bir idmançıya zədə arzulamıram. Uzun müddətdir oynaya bilmirəm. Kənardan komandanın çıxışını izləmək isə çətindir. Çünki özüm də meydana çıxmaq istəyirəm. Amma hələ bir qədər də səbr etməliyəm. Artıq yavaş-yavaş özümə gəlirəm. Şənbə günü reabilitasiya kursunu keçən həkim məni 5-10 dəqiqə qaçırdı. Şükür Allaha, heç bir ağrı hiss etmədim. Həkim deyib ki, inşallah bu ayın axırına stadionda qaça biləcəm. Yaşıl meydanlara nə vaxt qayıdacağımı isə dəqiq deyə bilmərəm. Zədənin tez sağalmağından çox şey asılıdır. Amma ümid edirəm ki, yanvar-fevral aylarına kimi tam düzələrəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail