Vaqif Sadıqov: "Yaranan fasilədən yaxşı əhval-ruhiyyədə istifadə edə bilməyəcəyik"

12.11.2013 | 5304 dəfə oxunub

AZAL son 8 turdur qələbə üzünə həsrət qalıb. Stadium.az xəbər verir ki, “təyyarəçilər” sonuncu dəfə Premyer Liqanın 5-ci turunda – sentyabrın 1-də “Qarabağ”ı 1:0 hesabıyla məğlub edib. Bundan sonra qara zolağa düşən AZAL-da vəziyyət düzəlmir. Millinin oyunlarıyla bağlı yaranan fasilə komandaya necə təsir göstərəcək? Bununla bağlı komandanın baş məşqçisi Vaqif Sadıqovla danışdıq: “İstənilən halda, bu toplanış bizim işimizə yaramalı idi. Çünki milliyə gedən futbolçumuz olmadığından, yorğunçuluq aradan qalxmalı, daha yaxşı hazırlaşmalıydıq. Amma zədəli və cəzalı futbolçuların çoxluğu buna imkan vermir. İndi biz komandanı psixoloji durumdan çıxartmalıyıq. Biz yaranan fasilədən yaxşı əhval-ruhiyyədə istifadə edə bilməyəcəyik. Bircə müsbət amil o oldu ki, zədəli futbolçuların sağalması üçün vaxt qazandıq.

Bu boşluğu iki mərhələyə böldük. Birisügün yoxlama oyunu keçirəcəyik. Ya əvəzedici heyətlə, ya da iki yerə ayrılmaqla. Rəqib tapılsa, o zaman başqa komandayla oynayacağıq. Bundan sonra isə tam toparlanıb “Qəbələ” ilə oyuna hazırlaşacağıq”.

AZAL Premyer Liqanın 14-cü turunda noyabrın 21-də səfərdə “Qəbələ”nin qonağı olacaq.

Yeri gəlmişkən, son turda “Qarabağ”la oyunda sarı vərəqə limitini dolduran Vladimir Baqdanoviç, Samuel Barlay və Aleksandr Şimonayev cəzalı duruma düşdükləri üçün bu oyunda oynamayacaqlar. AZAL-ın heyətində hazırda 4 futbolçu - Viktor İbekoyi, Oluremi, Cavid Tağıyev və Ruslan Tağızadə də zədəlidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail