Estoniya millisi daha 2 futbolçusundan məhrum oldu

15.11.2013 | 4371 dəfə oxunub

Noyabrın 15-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Estoniya yığması daha 2 futbolçunun xidmətindən məhrum olub.Stadium.az xəbər verir ki, bunlar müdafiəçi  Enar Yager və yarımmüdafiəçi Martin Vunkdur.

Hər iki oyunçu zədə səbəbindən oynamayacaq. Daha öncə Raqnar Klavan İqor Morozov, Rayo Piiroya, Taavi Ryahn və Sander Purinin də millimizə qarşı çıxış etməyəcəkləri açıqlanıb. Konstantin Vasilyev isə sabahkı oyundan sonra çıxış etdiyi Rusiya “Amkar”ının düşərgəsinə dönəcək. O, noyabrın 19-da Lixtenşteynlə yoldaşlıq görüşünü buraxmalı olacaq. Vasilyev yerli mətbuata millimiz haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığması sürətli və texnikalı oyunçulara malikdir. Üstəlik, rəqibin Berti Foqts kimi intizamı sevən baş məşqçisi var”.
 
Tallindəki “A.Le Koq Arena”da keçiriləcək Estoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail