"Atletiko"nun rəsmi saytı Hafiz Məmmədovdan yazdı

20.11.2013 | 11676 dəfə oxunub

“Baghlan group”un prezidenti Hafiz Məmmədovun sponsoru olduğu Madrid “Atletiko”sunun rəsmi saytında klubun Azərbaycanla əməkdaşlığına həsr olunan yazı dərc edilib. Stadium.az xəbər verir ki, yazıda bu əlaqələrin Azərbaycanın dünya miqyasında daha da tanınmasına yönəldiyi vurğulanıb.

Qeyd edilib ki, “Atletiko” beynəlxalq əlaqələrini gücləndirmək məqsədilə strateji plan hazırlayıb. “Məqsədimiz klubumuzun beynəlxalq səviyyədə mövqelərini gücləndirməkdir”.

“Bu istiqamətdə atılan addımlardan biri də Azərbaycanla əməkdaşlıq oldu. Bir müddət əvvəl “Atletiko” xüsusi layihə həyata keçirdi. Bu layihə çərçivəsində, Azərbaycanın dünyada daha da tanınması üçün komandamız oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma ilə çıxır. Bu əməkdaşlıq çərşivəsində Azərbaycanın adı dünyanın bütün yerlərində təbliğ olunacaq” – deyə yazıda qeyd olunur.

Bildirilib ki, hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən ən güclü ölkələrində biri olmaq üçün  yüksək potensiala malikdir. Bu zaman yazıda ölkəmizdə çoxlu neft və qaz yataqlarının olduğu vurğulanıb: “Eyni zamanda Azərbaycan iqtisadi gücünü artırmaq üçün turizm sahəsində də yüksək inkişafa nail olmaq istəyir”.

Yazıda ölkəmizin strateji biznes mərhəzi olduğu da bildirilib. “Atletiko” ilə Azərbaycan arasında əməkdaşlıq ənənəvi kommersiya sponsorluğundan daha yüksəkdə dayanır. Bu əməkdaşlığımız çox qiymətlidir. Çünki o, özündə hər iki tərəfin maraqlarını əks etdirən idman, kommersiya, kommunikasiya, marketinq və korporativ sosial məsuliyyətlə bağlı məsələləri əhatə edir”.

Yazıda Azərbaycanla imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ölkəmizdə futbolun və gənc futbolçuların inkişafı istiqamətində görülən işlərə də toxulub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail