Samir Musayev: "Qurban Qurbanov uşaqlara özü nəzarət edir" MÜSAHİBƏ

21.11.2013 | 10616 dəfə oxunub

"Qarabağ", "Olimpik", "Bakı" və milli komandamızın sabiq futbolçusu, hazırda Ağdam klubunun 17 yaşlılardan ibarət yığma komandasında baş məşqçi kimi fəaliyyət göstərən Samir Musayev Stadium.Az-a müsahibə verib.


U17-dəki işlərin necə gedir? Baş məşqçi kimi püxtələşirsən?

-   İşlər yaxşıdı. İnşallah daha da yaxşı olacaq. Amma hələ məşqçi kimi öyrənəcəyim çox şey var. Mən məşqçiliyin hələ 10 faizini bilirəm. Çünki məşqçilik ayrıca bir dəryadı.

-  Komandanızın vəziyyəti qeyri-stabildi. Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmısınız.

-  Mən bu cür deməzdim. Bizim qarşımıza çempionluq, ya da hansısa yer tutmaq məqsədi qoyulmayıb. Əsas yuxarı üçün futbolçu hazırlamaqdı məqsədimiz. Təbii ki, çox yaxşı futbolçular. Çempion olsam nə olacaq guya? Öz yaşıdları arasında çempion olacaqlar. Ancaq sabah-birigün yuxarı komandalarda 5-10 yaş özlərindən böyük futbolçularla oynamaqları daha yaxşıdı. Əgər özündən yaşda böyüklərlə oynaya bilmirsənsə, aşağıda lap istəyirsən 1000 dəfə çempion ol. Kimə xeyri var? Ona görə də, əsas gərək futbolçu yetişdirəsən.

- Artıq bir müddətdi ki, uşaqlarla işləyirsən. Əvəzedici və ya əsas komandaya futbolçu vermisən?

- Allahın köməkliyi ilə qışda keçiriləcək təlim-məşq toplanışına 1-2 futbolçu verəcəm. Ötənilki komandamdan nəzərdə tuturam.

- Hansı futbolçulardı?

- Elton Turabov var. Hələ 17 yaşındadı. Ancaq ikinci komandada oynayır, dayaq yarımmüdafiəçisidi.

- Sərhədçi Olimpiya İdman kompleksinin futbol meydançasında məşqləriniz edirsiniz. Ancaq oranın ot örtüyü istənilən səviyyədə deyil. Deyəsən, bu yaxınlarda dəyişməlidi. Elədi?

-  Söz veriblər ki, dəyişməlidilər.

 Sünii otun uşaqlara ziyan vurduğunu hamımız bilirik. Səncə, təbii də oynamaq daha yaxşı olmazdımı?

-  Razıyam. Təbii ot olsa daha yaxşıdı. Amma indi ot örtüyünə baxmaq da lazımdı. Ona pul xərcləmək gərəkir. Bunu kim edəcək? Ona görə də, effektli sünii ot pis deyil.

- Özün üçün məşqçilik çətindi, ya futbolçu kimi?

-  Məşqçilik daha çətindi. Futbolçu olanda bir baş məşqçi ilə yola getməliydin. Amma indi 22 cavan futbolçu ilə dil tapmalısan.

- Qurban Qurbanovla görüşürsən?

- Əlbəttə. İndi özü nəzarət edir uşaq futboluna.

- Qurban Qurbanov əsas komanda ilə məşq edən cavanları əvəzediciyə göndərib ki, məşqlərini orada edin. Ancaq biz öyrəşmişik ki, əvəzedicidə özünü göstərən əsas komandanın məşqlərinə cəlb edilir. Qurban bəy isə əsasdan onları göndərib. Bu yanaşma nə dərəcədə düzgündü?

- Düzgün addımdı. Çünki əvəzedici heyətin məşqləri də Qurban müəllimin məşqləridi. Birinci komandada uşaqlar çox olduğuna görə, həmin uşaqları əvəzediciyə göndərdilər. İndi özünü yaxşı göstərən əsas omandaya gedəcək.

- Bəs elə əsas komanda ilə məşq edənlər özünü yaxşı göstərənlər deyildi?

-  Əvvəl hamısı əsasla məşq edirdi. Bir məşqdə 30-35 uşaq olurdu. Məşq keçmək də mümkün olmurdu. Amma indi məşqlər iki qrupa keçirilib.

- Səni nə vaxt əsas komandaların birində baş məşqçi görə biləcəyik?

- İnşallah hər şeyin öz vaxtı var. Qismətdi. Səbr etmək lazımdı. Hamıya səbr arzulayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail