"Neftçi"dən "İnter"ə çox sərt cavab - SÖZ DUELİ DAVAM EDİR

24.11.2013 | 6061 dəfə oxunub

“İnter” – “Neftçi” oyununan sonar dava düşdü. Sonradan yayılan xəbərlərdə meydan sahiblərinin mühafizəçilərinin “Neftçi” tərəfin fiziki güc tətbiq etdiyi açıqlandı. Hətta  “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Dəpartaməntinin rəhbəri Gündüz Abbaszadə “İnter”in prezidenti Georgi Nikolovun olay zamanı sərxoş olmasıyla bağlı açıqlama da verdi. Buna cavab olaraq isə “İnter” bəyanat yaydı. Bu bəyanatda “Neftçi” açıq şəkildə ittiham olunur. Elə bu səbəbdən də Gündüz bəylə əlaqə saxladıq və klub rəsmisi “İnter”ə belə cavab verdi: “O bəyənat daldan atılan daşa bənzəyir. Nikolovun içkili olduğun orada olan hamı gördü. “İnter” klubunun adını çəkmək istəmədiyim nümayəndələri də Nikolovun içkili olduğunu etiraf etdilər. “İnter”in yaydığı bəyanatda mühafizəçilərin insidəntdə iştirak ətmədiyi vurğulanıb. Halbuki, klubun mətbuat xidmətinin rəhbəri başqa bir sayta açıqlamasında  təhlükəsizlik xidmətinin əməkdaşlarının hadisələrin inkişaf mərkəzində olduğunu, aranı sakitləşdirməyə çalışdıqlarını deyib. Bələ çıxır ki, Səbuhi Məmmədov yalan danışıb? Təbii ki, yox. “İnter” vəziyyətdən çıxmaq üçün bəyanata əl atıb. Nikolovla bağlı söylədiyimə gəlincə, adam dəqiq sərxoş idi. Dursun, bu dəqiqə jurnalistlərin önünə çıxsın, haqq-ədalət yerini tapsın. Onu ekspertizadan keçirmək fikrimiz yoxdu. Ancaq sübut istəyirsə, bu an media mənsublarının önünə çıxsın, içkili olub-olmadığı bilinsin. Lap sabah da yoxlamaq olar. Onsuz da spirtin təsiri ən azı 36 saat orqanizmdə qalır. Qaldı, bank təmsilçisinin bizi reallığı həzm ədə bilməməkdə suşlamasına, “Neftçi”nin zəif oynayıb yenildiyini danmırıq. Bəli, yaxşı oynamayıb uduzduq, ancaq istəyərdik ki, rəqibi oyundan sonra ürəklə təbrik ədək. Bun isə klub mühafizəçilərinin və sərxoş Nikolovun iştirakı ilə yaşanan insident imkan vərmədi”.

Gündüz bəyində dediyi kimi, “İnter” rəsmi bəyanatda olay yerində klub mühafizəçilərinin olmadığını bildirir. Klubun mətbuat xidmətinin rəhbəri isə saytlardan birinə açıqlamasında bunun əksini söyləyir. Bu hadisənin şahidi olanlar arasında - mühafizəçilərin orda olduğunu AFFA nümayəndəsi Qürbət Həsənov da görüb.

Bununla da, “İnter” klubu İntizam Qaydalarının 50-ci maddəsini pozub. Çünki həmin maddədə deyilir ki, dəhlizdə, soyunub geyinmə otağının ətrafında mühafizəçi olmaz!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail