"İnter" "Simurq"dan futbolçu alacaq

26.11.2013 | 3835 dəfə oxunub

Qışda heyətdə bir neçə dəyişiklik edəcəyi gözlənilən "İnter" indi də müdafiəçi axtarışına çıxıb. Tez-tez hücumçu problemindən gileylənən Kaxaber Sxadadze müdafiəyə kimin alınacağını da konkretləşdirib.

 

Stadium.az xəbər verir ki, "bankirlər" indi də "qardaş" bildikləri "Simurq"un futbolçularına "göz dikib". Məsələ burasındadır ki, "İnter"in məşqçilər korpusu müdafiəyə İlkin Qırtımovun alınmasını istəyir.

 

Ruslan Əmircanov və Arif Daşdəmirovun komandadan ayrılacağından çəkinən Kaxa Qırtımovla münasibəti rəsmiləşdirməyi düşünür. Gürcü çalışdırıcının hətta buna görə, klub rəhbərliyinə də müraciət etdiyi bildirilir. "Simurq"da kapitan sarğısını daşıyan müdafiəçinin qışda, yoxsa yayda "İnter"ə keçəcəyi bilinmir. Ancaq bilinən budu ki, "İnter" qısa zamanda Qırtımovu heyətinə qatmaq istəyir.

 

Ölkənin digər klublarının da İlkinlə maraqlandığını eşidən "bank" klubu gecikmək niyyətində deyil. Bir ara Berti Foqtsun da siyahısında yer alan və milli komandamızın təlim-məşq toplanışlarına cəlb edilən Qırtımov cari mövsüm heç də yaxşı futbol nümayiş etdirə bilmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail