"Xəzər Lənkəran"ın məşqçisi Mourinyonun yanında FOTOLENT

26.11.2013 | 4876 dəfə oxunub

“Joze Mourinyo ilə görüşümüz çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın seleksiyaçısı Mario Souza deyib.

İngiltərəyə səfər zamanı “Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo ilə görüşən braziliyalı cənub təmsilçisinin rəsmi saytına açıqlama verib: “Derley “Porto”da Jozenin rəhbərliyi altında çıxış edib və indi də onunla əla münasibətləri var. O ki qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq”.

Souza belə bir görüşün həm “Xəzər Lənkəran” üçün, həm də onun özü üçün vacib olduğunu düşünür: “Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq “Xəzər Lənkəran” haqqında geniş və tam təsəvvürə malikdir. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da “Xəzər Lənkəran” haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim”.

Hazırda Portuqaliyada olan seleksiyaçı yerli klubların qarşılaşmalarını izləyir: “Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacam, gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Pauluda olmalıyam”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail