Azərbaycanlı futbolçular üçün iki nəhəng "elçi düşdü"
Azərbaycandan imtina edən Ramil Şeydayev və Ayaz Quliyev Rusiyanın U-17 yığmasının tərkibində dünya çempionatında iştirak etdi.
BƏƏ-də keçirilən mötəbər turnirdə Tunis, Yaponiya və Venesuella ilə eyni qrupda yer alan ruslar növbəti mərhələyə yüksələ bilmədi. Hər 3 tura start heyətində çıxan cütlükdən yalnız Şeydayev Yaponiya ilə görüşün ikinci hissəsində əvəzləndi. Menecerlər də həmyerlilərimizə dinclik vermir.
Stadium.az-a danışan Ramillə Ayaz hansı klubların onlarla maraqlandıqlarını açıqladı. Əvvəlcə Ramili dinləyək:"Yaponlarla ikinci qarşılaşmadan qabaq yığmanın meneceri dedi ki, iki qat güclə oyna, səni izləyəcəklər. Bəxtimdən oyunum getmədi, ikinci hissədə əvəzləndim. Venesuellaya isə iki qol vurdum. Həmin skautlar məni izləyirmiş. İndi onların hansı klubdan olduqlarını öyrəndim, "Tottenhem"dəndilər. Transferim üçün gərək “Zenit”ə müraciət etsinlər. Bizim menecer onlar haqda mənə məlumat verdi. Roman Pavlyuçenkonu da bu menecer aparıb “Tottenhem”ə. Bilmirəm necə olacaq, düzünü desəm, getmək istəyirəm. İngiltərədə əvəzedici heyətdə oynamaq belə, adama çox təcrübə qazandırır”.
Ayazın dediyinə görə isə "Yuventus" xidmətində maraqlıdı. Hətta o, italyan klubunun skautları ilə danışıb: "İngiliscə bilmirəm. Tərcüməçimiz vasitəsilə mənə bir
neçə sual verdilər. Qətərə başqa futbolçumuzu izləməyə gəliblərmiş, məni daha
çox bəyəniblər. Dedilər, istəyirsən, səni indi
aparaq Turinə (gülür). Ancaq bilirəm ki, "Spartak" buraxmayacaq məni. "Spartak" həmişə çox pul
istəyir
uşaqla
görə. Ona
görə də heç ümidim yoxdu. Yoxsa "Yuventus" xəyallarımdakı klubdu".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |