"Qarabağ" tam heyətlə məşqlərə başladı

14.06.2011 | 7996 dəfə oxunub

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Stadium.az xəbər verir ki, 4 gündü 12 nəfərlə məşq edən komandaya dünən axşam legionerlər də qoşulub.

Ötən gün isə Azərbaycan millisinin üzvləri və Adamiya komandamızın düşərgəsinə qatılaraq ümumilikdə futbolçuların sayını 22-yə çatdırıblar. Amma komanda heç də tam heyətlə məşq edə bilməyib.

Belə ki, günün ilk çalışması 10:15-də baş tutanda millinin futbolçuları hələ yoldaydılar. Məşq isə trenajor zalında başladı. Yarım saatlıq çalışmanın ardından komanda meydançaya yollanın. Təxminən 80 dəqiqə davam edən çalışmada futbolçular əsasən sürət çalışmalarını yerinə yetiriblər.

Günün ikinci məşqi isə 17:30-da baş tutub. Artıq tam heyətlə toplaşan komandanın məşqindən öncə baş məşqçi Qurban Qurbanov çıxış edib. Ardınca baş tutan məşqdə milli üzvləri ancaq “kvadrat”la kifayətləniblər. Zədəli Rauf Əliyev isə çalışmada iştirak etməyib.

Məşqin sonunda isə tək toxunuşlu, ardınca isə sərbəst olaraq futbol oynanılıb. Təcrübəli Zaur Həşimovun başçılıq etdiyi Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Murad Səttarlı, Elgiz Kərəmi və Kamil Hüseynovdan ibarət komanda Bojan Pavloviç, Ansi Aqolli, Namiq Yusifov, Emin İmaməliyev, Admir Teli, Nderim Nedzipi və İlqar Qurbanovdan ibarət komandanı ümumi nəticədə 1 top fərqiylə məğlub edinlər. Bu günə də ağdamlıların iki məşqi nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail