"Qəbələ" "Şaxtyor"la əməkdaşlığa başladı

14.06.2011 | 5387 dəfə oxunub

Ötən həftə “Qəbələ” Futbol Klubunun nümayəndələri Donetskin “Şaxtyor” klubunun dəvəti ilə Ukraynaya yollanıblar. Stadium.az xəbər verir ki, klublar arasında əməkdaşlıq barəsində keçirilən görüşdə “Qəbələ”ni icraçı direktor Alastair Saverimutto və baş menecer Zaur Əzizov təmsil ediblər.

İki günlük səfər çərçivəsində “Qəbələ” nümayəndələri əsas, əvəzedici və akademiya bazaları, məşq meydançaları və eyni zamanda iki il öncə istifadəyə verilmiş “DonBass Arena” stadionu ilə tanış olublar. “Qələbə”nin baş meneceri Zaur Əzizov səfər zamanı keçirilən görüşlər barədə açıqlama verib:

“Şaxtyor”un infrastrukturu ilə yaxından tanış olduq. Həqiqətən də klubun həm stadionu, həm də bazası Avropanın öndə gedən klublarını hər mənada üstələyir. Təsadüfi deyil ki, gələn il keçiriləcək Avropa çempionatı zamanı milli komandalardan birinin məhz “Şaxtyor”un bazasında yerləşdirilməsi planlaşdırılır. Səfər zamanı klubun akademiya nümayəndələri ilə də görüşümüz oldu. “Şaxtyor”un akademiyası hollandiyalı mütəxəssis Patirk van Leuvenin rəhbərliyi altında çox ciddi işlər görür və əsas komandaya artıq 3 oyunçu veriblər. Klubun marketinq, kommersiya və strategiya departamentinin direktoru ingilis Josep Palmerlə klublar arası əməkdaşlıq barəsində fikir mübadiləsi apardıq və onun da önümüzdəki mövsüm Qəbələyə dəvət etməyi düşünürük”.

“Şaxtyor”dan futbolçu transferi mümkündürmü” sualına isə Əzizov belə cavab verdi: “Reallığı nəzərə alsaq, hazırda “Şaxtyor”dan futbolçu transfer etməyimiz mümkünsüzdü. Amma klubun baş direktoru Sergey Palkinlə görüş zamanı, o, hazırda müxtəlif klublarda icarədə olan “Şaxtyor”un futbolçuları barədə gələcək təklifləri dəyərləndirəcəklərini bildirdi. Məşqçilər korpusu ilə görüşdükdə, bu məsələni də onların diqqətinə çatdıracağam və ola bilsin ki, mövsüm ərzində bu futbolçuların çıxışlarını mütəmadi olaraq izlədikdən sonra hər hansı transfer gerçəkləşsin”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail