Namiq Yusifov: "Riçard Almeyda oynasa..." MÜSAHİBƏ
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Stadium.az-a müsahibə verib.
- Qələbə qazana bilmədiniz. Xal itkisini nəyə bağlayardın?
- Çoxlu qol imkanlarımız oldu. Oyunboyu elə biz üstün idik. Bunu da hamı gördü. Epizod ardınca epizod gəlirdi. Heyf ki, şansımız gətirmədi. Bəxtimiz də gətirmədi. Ancaq belə bütün parametrlərdə "Rəvan"ı üstələmişdik. Bir dənə qol çatışmadı.
- Deyirsən
ki, Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirdiniz?
- Düşünürəm ki, yerinə yetirdik. Onun bizdən istədiyini biz
meydanda verdik. Amma əsas qol vurmaq
idi ki, onu da bacarmadıq. Yəqin buna üzülüb.
- Komandada
hansısa psixoloji gərginlik var?
- Yox heç bir sıxıntımız yoxdu. Sadəcə bəxtimiz gətirmədi. Yəni futboldu bu cür şeylər
tez-tez olur. Biz də ələ keçirdiyimiz nə qədər epizodu boşa verdik. Birini
vurduq müdafiəçiyə dəydi, o birini qapıçıları çıxartdı.
- Əvəzedilməz futbolçu yoxdu. Ancaq hardasa Riçard
Almeydanın yeri görünürdü?
- Onu
mən necə deyə bilərəm? Axı mənim bu barədə nəsə deməyim düzgün çıxmazdı. Sadəcə
onu deyə bilərəm ki, Riçard çox yaxşı futbolçudu və hər oyunda bizə kömək olur.
- Ən azından meydanda yanında Riçardın yoxluğunu hiss
edirdin?
- Əlbəttə
hiss edirdim. Riçard oynasaydı lap yaxşı olardı. Çünki o, daha çox
hücumameyilli oynayır. Ötürmələri də qol vurmaq üçün daha əlverişlidi.
- Çumbinyo və Reynaldo oyunu öz üzərinə götürə bilmədi?
- "Qarabağ"
komanda şəklində oynayır. Ona görə də ayrıca kimisə qeyd etmək istəmirəm.
Komanda futbolu oynayırıq. Elə olur ki, hərdən top qapıya girmək istəmir.
- "Rəvan"ın
oyunboyu müdafiədə oturacağı gözlənilən idi?
- Bəli,
bilirdik. Elə özüm də gözləyirdim ki, "Rəvan" 90 dəqiqə müdafiədə oturacaq.
Oturacaqdı deyəndə ki, "Rəvan"ı müdafiədə oturmağa biz məcbur edirdik. Onlar da irəli çıxıb hücum qurmaq istəyirdilər.
Amma biz buna imkan vermirdik. Doğurdan qəşən də oyun oldu. Düşünürəm ki,
azarkeşlərin də xoşuna gəldi. Amma bir dənə qol olmadı.
- "Neftçi" "İnter"ə məğlub olandan sonra çoxları
"Qarabağ"ın "Rəvan"ı məğlub edib xal ehtiyatını artıracağını gözləyirdi. Ancaq
siz bunun öhdəsindən gələ bilmədiniz...
- Bizim
üçün hər oyun önəmlidi. Nə vaxtsa demirik, bu oyun önəmlidi, digəri yox. Əgər
çempionat gedirsə hər oyun final olmalıdı. Qarşıdakı oyunlarda yaxşı olar.
- "Qarabağ"ın "Rəvan"la oyunlarda qələbəyə həsrət qalmasını
nə ilə əlaqələndirirsən? Özü də ikinci dəfədi ki, milli toplanışından sonra məhz
bu komanda ilə oynayırsınız...
- Düzdü,
bu da hardasa təsir edir. Çünki fasilədən sonra çətin olur. Amma demək olmazki
pis oynadıq. Yaxşı oynadıq, son nöqtəni qoya bilmədik.
- Digər hücumçunuz Nikolas Gelaşvili meydanda
görünmürdü. Səncə, niyə belə passiv idi?
- Nika
yaxşı futbolçudu. Hərdən adamın oyunu alınır, hərdən də yox.
- Rəhbərlik uzun illərdi ki, qarşıya çempionluq məqsədi
qoymur. Yəni sırf bu il çempion olmalıyıq deyilmirdi. Ancaq məlumata görə, “Qarabağ”ın
cari mövsüm qarşısına çempionluq vəzifəsi qoyulub...
- "Qarabağ" həmişə çempionluğa istəkli olub. Bu il heyət daha da formalaşıb. Oturuşmuş heyətimiz
var. Avropa Liqasında uğurlu çıxışımız bəlkə çoxlarını aldadır. Fikirləşirlər
ki, avrokubokda yaxşı oynadılar deyə, çempion olmaq daha rahat olacaq. Amma təbii
ki, çətin olacaq. Hər zamanki kimi çempionluqdan əl çəkməyəcəyik.
- "Qarabağ”da çempionluq ruhunu hiss edirsən?
- İki dövrə var qarşıda. İnşallah çalışırıq ki, çempionatın sonu bizim üçün uğurlu başa çatsın. Hər oyunda qələbə qazanmaq lazımdı. Bunu hamımız istəyirik. “Qarabağ”ın oyunu alınanda bizim üçün çətin rəqib yoxdu. Oyunumuz alınırı ki,qələbə qazanırıq. “Rəvan”la da oyunumuz alındı. Amma qol olmadı.
-
Beş oyundur ki, oynamırsan. Bu nə ilə bağlıdı?
-
Şans
vermirdi də, baş məşqçi.
-
Niyə?
-
Komandanın
taktikası belədi. Riçard Alemyda yox idi deyə, mən oynadım.
-
Riçard hücumameyilli, sənsə “opornik”sən axı...
-
Hə
də, indi sxemə baxır.
-
Riçard
Almeyda oynasa deməli, səni meydanda görməyəcəyik?
-
1992
təvəllüd söhbəti yığışdırılsa, oynayacam(gülür).
-
Deməli qarşıdakı oyunlarda oynayacağın indidən sual
altındadı?
- İnşallah oynayaram. Yaxşı olar hər şey.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |