"Qəbələ"nin üzvü üçün 2 təklif!

02.12.2013 | 4362 dəfə oxunub

2013-cü ildə "Qəbələ"yə transfer edilən Kristian Pulhak qışda komandadan ayrılacaq. Yuri Syominin gəlişindən sonra əsas komandadan uzaqlaşdırıldı. Buxarest "Dinamo"sunun aparıcı üzvü olmuş Pulhak İspaniyada "Erkules"in də formasını geyinmişdi.

 Stadium.az xəbər verir ki, Azərbaycana gələrkən təcrübəsinə güvənilən futbolçu "Qəbələ"də özünü heç də yaxşı göstərə bilmədi. Rumıniya millisinin sabiq üzvü "Qəbələ"nin əvəzedici heyətində məşqlərini etdi.

 Əsas komandanın məşqlərinə buraxılmayan 29 yaşlı müdafiəçi qışda ölkəmizi tərk edə bilər. Belə ki, Pulhaka Rumıniya və Türkiyədən təkliflər gəlib. Rumınyalıya elə öz ölkəsindən "Vasluy" dəvət göndərib.

 Ümumiyyətlə, bu klub Azərbaycan futbolu üçün heç də yad deyil. Tez-tez klublarımız "Vasluy"dan futbolçu alır. Ölkəmizi tərk edən bəzi oyunçuların növbəti dayancağı da "Vasluy" olub. Hazırda Rumıniya yüksək liqasında 10-cu pilləsində qərarlaşan klub Pulhak üçün "Qəbələ" danışıqlar aparmağa başlayacaq.

Hazırda "Vasluy"da Azərbaycan futbolu üçün tanış simalarda çıxış edir. Onlar arasında "Xəzər Lənkəran"ın sabiq üzvü Nikolae Muşatın adını çəkmək olar. Adrian Patulea isə yayda AZAL-la danışıq aparsa da, keçid baş tutmadı. Yəni bütün bunları nəzərə alsaq, "Vasluy"un Pulhakla yaxından maraqlanması gözləniləndi.

 Ancaq rumın futbolçuya gələn yeganə təklif bununla bitmir. Onu Türkiyə PTT birinci liqa klublarından olan "Samsunspor" da öz heyətində görmək niyyətindədi. Hətta türk klubunun Pulhak üçün verəcəyi illik məvacibi də məlumdu. Onlar rumıniyalıya illik 200-250 min avro verə biləcəklərini deyiblər. Yuri Syominin "Qəbələ"də görmək istəmədiyi futbolçu özü də Azərbaycanı tərk etməyi düşünür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail