"Bədbəxt oldum"

02.12.2013 | 6286 dəfə oxunub

2011/2012 mövsümündə "Muğan"da, daha sonra "Rəvan"da forma geyinən Giorgi Qulordava gözlənilmədən karyerasını başa vurdu. Qaraciyərində yaranan problemlər onu məcbur etdi ki, butsılarını vaxtından qabaq mıxdan assın. Gürcü legioner uzunmüddətli müalicə kursu keçsə də, həkimlərin qoyduğu diaqnoz həqiqətən üzücüdü - Hipotit C. Tbilisi "Lokomotiv"i,  Zuqdidi "Mqlebi"si və "Qaqra"da özünü göstərmiş 25 yaşlı yarımmüdafiəçi Azərbaycana gəlməklə etdiyi səhvin altını çəkir: "Mən gərək gəlməzdim. Elə bil ki, bütün pis şeylər məni orda tapdı. Amma "Muğan"da rəhbərlik mənə yaxşı münasibət göstərdi. Soyuqladım və özümə yaxşı baxmadım.


Klubun həkimlərinin günahı yoxdu. İnanmazdım ki, məsuliyyətsizliyim karyeramın sonu olar. Çox pis xəstələndim. Həkimlər nə qədər müalicə etsə də, gec sağaldım. Sonradan dedilər ki, futbol oynasan, səhhətin daha pis olacaq. Halbuki yavaş-yavaş məşqlər etmək istəyirdim. Azərbaycanda bədbəxt oldum. Ən böyük arzum uzun illər futbol oynamaq idi. Mən isə bacarmadım. Kim bilir, bəlkə sabah yenə futbol aləmində işlədim? İndi yalnız ona çalışıram ki, özümü soyuqdan qoruyum".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail