"İnter"in mühafizəçisindən jurnalistə hörmətsizlik FOTOLENT

03.12.2013 | 5484 dəfə oxunub

“Bakı” – “İnter” oyununun (0:1) sonlarına yaxın qonqların futbolçusu Baçana Tsxadadze ağır zədə aldı. Hətta iş o yerə çatdı ki, oyun başa çatandan sonra Baçana təcili tibbi yardım maşınında stadiondan xəstəxanaya aparıldı. Baça təcili tibbi yarım maşınında olarkən həkimlər ona ilkin yarım göstəriridi. Bu zaman isə bir neçə jurnalist hücumçunun durumunun nə yerdə olmasıyla maraqlanmaq üçün olay yerinə yaxınlaşdı. Ancaq KİV nümayəndələrinin bu hərəkəti “İnter”lilərin xoşuna gəlmədi. Klubun əməkdaşlarından biri həmkarımız – “supersport.az” saytının baş redaktoru Anar Cəfərsoya fiziki güc göstərərək onu kənara itələdi. Bunu görən klubun mühafizə xidmətinin işçilərindən biri də Cəfərsoya az qala hücum çəksin. Bu zaman isə “Stadium.az” saytının baş redaktoru Vüsal Gözəlovla, "Futbol11.az"  saytının baş redaktoru Elgiz Abbasov olaya müdaxilə edərək "İnter”liyə qarşı çıxdı. Yalnız bundan sonra geri addım atan “İnter”lilər danışmaqdan da geri qalmadılar. Klub nümayəndələrinin Faxı, Faxı deyə müraciət etdiyi idmançı quruluşa malik “İnter” formasında olan şəxs isə ünvanımıza bunları söylədi: “Mənə pressa çıxıblar... başqa yer olsa sizə göstərərdim...”. Əməkdaşımız həmin “Faxı”nın şəklin də çəkib. Bax budur O “Faxı”:

P.S. Blub mühafizəçiləriylə bağlı dəfələrlə qalmaqal düşüb. Bunla bağlı “İnter” prezidenti Georgi Nikolova müraciət etməyəcəyik. Çünki komandasının oyuna imkili gələn şəxsdən nəsə gözləmək elə “alkaş”a xas sadəlövlük olar. Bunun üçün də, AFFA prezidenti Rövnəq Abdullayevə, PFL-in prezidenti Ramin Musayevə səslənirik, futboldan qolu zorluları, əli çomaqlıları çəkin!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail