Qolkiper "Qarabağ"dan ayrıldı

03.12.2013 | 3943 dəfə oxunub

"Qarabağ" futbolçusu Miro Varvodiçlə yollarını ayırıb.

Stadium.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı razılaşma əsasında 24 yaşlı qolkiperlə müqavilə ləğv edilib.

Xorvatiyalı oyunçu klubun saytına son açıqlamasında komandadan ayrılmasının səbəbləri haqda danışıb. Bildirib ki, Ağdam təmsilçisində oyunlarda iştirak etmək şansı az olduğu üçün belə bir qərar verib: 

"Qarabağ"da 1,5 il möhtəşəm zaman keçirmişəm. İlk dəfə "Köln"dən "Qarabağ"a gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərinçə yaxşı qolkiper və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. "Qarabağ" karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. "Qarabağ"da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam".

Qeyd edək ki, Varvodiç ötən il "Qarabağ"la 2 illik müqavilə bağlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail