"Dostumun xahişini yerə salıb, millinizi rədd etdim" MÜSAHİBƏ

03.12.2013 | 6985 dəfə oxunub

"Hoffenhaym" millimizdən aldığı dəvəti rədd edən futbolçunu rənglərinə qatdı. Söhbət Jiloan Hamaddan gedir. 1990-cı ildə Bakıda doğulan kürd əsilli oyunçu karyerasına ailəlikcə köçdükləri İsveçdə başlayıb. 2006-08-ci illərdəForvardda forma geyinən yarımmüdafiəçi 2008-ci ildəMalmöyə keçib. 2011-c ildə Azərbaycandan gələn təklifi qəbul etməyən bir qədər sonra İsveçin gənclər yığmasına çəlb olunub. Hətta Berti Foqts da Hamadı yola gətirə bilmədi. 22 yaşlı həmyerlimizin ötən mövsümdə İsveç çempionatının ən yaxşı oyunçusu seçilməsi almanların diqqətindən yayınmayıb. “Hoffenhaymgənc istedadla 2017-ci ilədək müqavilə bağlayıb. Onu 3 gündü axtarırdıq, kordinatlarını dünən əldə etdik. Əlaqə yaratmaq çətin başa gəldi. Ünsiyyətə girməkdən çəkinən Hamadı zor-bəla yola gətirdik.

 

 

Əvvəlcə səni təbrik edirəm. Bundesliqadan dəvət almaq hər futbolçunun arzusudu. Yəqin ki, Almniyada oynamaq sənin də uşaqlıq istəyindi. «Hoffenhaym»ın Bundesliqada öz yerini var.

- Təbrikə görə çox sağ olun! Artıq İsveçdən kənara çıxmaq vaxtım çatmışdı. “Hoffenhaymdan gələn təklifi fikirləşmədən qəbul etdim. Düzünü desəm, başqa dəvətlərim də varıydı. “Malmödə çempionluq yaşadım. İndi komandamızın əksər oyunçularına dəvət var. Mən ən tez davrandım. Bundesliqada oynamaq uşaqlıq arzumdu.

Almanlarla uzunmüddətli müqavilə bağlamağın perspektivinə olan inamdan irəli gəlir. Artıq qarşında yeni qapı açılıb. Bunun fərqindəsən?

- Sözsüz. Almaniyada futbol bir başqadı. İsveçlə müqayisə etmirəm. Bundesliqada ulduzlar çıxış edir. Onlarla yanaşı oynamaq, rəqib olmaq hər futbolçuya qismət olmur. Mən də bu şansı qaçırmayacam.

«Hoffenhaym» tanımayan gəncləri almaqla tanınan klubdu. Onları yetişdirir, tanıdır və baha qiymətə nəhənglərə satır.

- Xəbərim var. Məni almaq üçün «Malmö»yə konpesasiya ödəyiblər. Yeni klubua faydalı olmalıyam. Bu, özümə də lazımdı. Daha güclü klublara keçmək potensialını özümdə görürəm. İstedadıma arxayınam.

Müqavilə şərtləri barədə nə deyə bilərsən?

- Heç nə. Bu, nə sizə maraqlı olmalıdı, nə də başqalarına. Müqavilə ürəyimcədi.

Bakıda anadan olmusan?

- O illər yadıma gəlmir.

Bu səbəbdən millimizdən aldığın dəvəti qəbul etmədin?

- Bakıda doğulmağım o demək deyil ki, Azərbaycan millisində oynamalıyam. Təklif gəldi və mənimlə görüşdülər. Ancaq getmək istəmədim. Çünki artıq İsveçin 21 yaşlılardan ibarət yığmasına çağırılmışdım. Kapitan sarğısını mənə vermişdilər. İsveç Futbol Federasiyasında mənə dedilər ki, «artıra» bilsən, əsas milliyə kimi yüksələrsən. Yaxşı oynadım və «artırdım». İsveç millisini seçdim.İndi çox xoşbəxtəm.

Bakıdan səninlə kim görüşdü? Foqts?

- 2011-də dəvət gəldi. Sizin federasiyadan mənə zəng vurdular və biz görüşdük. Onlara bildirdim ki, İsveçdə oynamaq istəyirəm, onsuz da Azərbaycanı seçməyəcəkdim. Yenə müraciət oldu, qəbul etmədim. İraq millisi də məni istəyirdi. Ancaq Azərbaycanı seçmədiyimə görə peşman deyiləm. Məni istədiklərinə görə sevinirəm. Klub başqadı, hansısa millidən dəıvət almaq isə əla hissdi. İndi Zlatan İbrahimoviç, Andreas İsakson, Yohan Elmander kimi ulduzlarla eyni komandadayam. Azərbaycanı seçsəydim, kimlərlə oynayacaqdım? “Malmödə ən yaxın dostum Mike Albarnozdu. Onun uşaqlıq dostu var, əslən azərbaycanlıdı. Bu dəvət gələndə oturduq bir yerdə, mənə dedi ki, Azərbaycanı seç.

Sən də sözünü yerə saldın

- İlk dəfəydi ki, onun xahişini yerə salırdım. Karyeramı düşünməliydim.

Kim idi o? Bizimlə tanış edə bilərsən?

- Adı Ramizdi. İndi də görüşürük onunla.

Azərbaycandan dəvət almağım İsveçdə necə qarşılandı?

- Bakıda doğulduğumu İsveçdə hamı bilir. Azərbaycanlı deyiləm, kürdəm. Valideynlərim də bunu deyir. Bakıdan nə vaxt köçdüyümüzü dəqiq bilmirəm. “Forvardda oynamağa başlamışam, sonra məniMalmö aldı. Bilirəm ki, bir ara Azərbaycan mətbuatında yer almışam. Sizin 1-2 klubunuz da mənə dəvət göndərmişdi. Rnlar da federasiya ilə əlaqəlidi. İddialı klub olduqlarını dedilər. Amma mənim üçün bu, uzaq bir mövzudu. “Malmöda və ümumiyyətlə İsveçdə qalmaqla səhv qərar verməmişəm.

Berti Foqtsla tanıq olmadın?

- Foqts? Yəqin ki, futbolda olanların hamısı Foqtsu tanıyır. Dəvət gələndə Foqtsun millinizdə olmağı məni düşündürdü. Onunla İsveçdə söhbət etmişdik. Amma mən özümü azərbaycanlı saymıram, ona görə də İsveçi seçdim. Komanda məsələsi seçimimdə böyük rol oynadı. Foqtsa dedim ki, Azərbaycana gəlməyim düzgün olmazdı. Çünki U-21 oynayırdım. Bundan sonra ora gəlmək səhv qərar olardı.

Bütün körpüləri bəribaşdan yandırmısan. Dəvəti qəbul etməyin heç bir halda mümkün deyildi?

- Azərbaycanı seçə bilərdim. Necə? Əgər cavan olmasaydım. Başqa seçimim olmasaydı, Azərbaycan millisində oynayardım. Cavanam və inkişafda olduğuim vaxtda niyə Azərbaycanı seçim ki?..

Axırıncı dəvə vətənə nə vaxt baş çəkmisən?

- Bakıdan köçdükdən sonra ora gəlməmişəm. Bəlkə nə vaxtsa gəldim. Ramiz Miiko Albornozla ortaq dostumuzdu. Ola bilər ki, onunla gəldik. Ya da İsveç Azərbaycanla bir qrupa düşsə. Təbii ki, baş məşqçi aparsa. Azərbaycan mənim üçün maraqsızdı demək istəmirəm. Bu, kobud çıxır. Futbolçu onu istəyən komandalardan nəzakətlə imtina etməlidi. Mən də Azərbaycandan bu cür imtina etdim.


Sport Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail