Elxan Məmmmədov Berti Foqts məsələsinə aydınlıq gətirdi

03.12.2013 | 7116 dəfə oxunub

“Milli komandanın baş məşqçisi məsələsinə telefonla da aydınlıq gətirmək olardı. İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini öyrənib, Berti Foqtsla bağlı qərar verə bilərdik”. Stadium.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Bu gün tanınmış futbol veteranı Endi Koulun Azərbaycana səfəri məqsədilə təşkil olunan tədbirə qatılan Məmmədov jurnalistlərlə söhbətində milli komandadan da danışıb. 

Baş katib AFFA ilə müqaviləsi başa çatan almaniyalı baş məşqçi Berti Foqtsun taleyinə aydınlıq gətirmək üçün İcraiyyə Komitəsinin iclasının çağırılmasının zəruriliyini bildirib: “Mətbuatda da onların fikirlərini açıqladığını şahidi oluruq. Lakin biz belə istəmirik. İcraiyyə Komitəsinin yığıncağını keçirmək, orada fikir mübadiləsi aparıb müzakirələrdən sonra qərar verilməsini istəyirik. Bu iclasın vaxtını isə hələ dəqiqləşdirməmişik”.

Baş katib 19 yaşadək futbolçulardan ibarət millinin sabiq baş məşqçisi Arif Əsədovun yığmadan ayrılmasına da münasibət bildirib. Məmmədovun sözlərinə mütəxəssisin özü U-19 və U-17-də çalışmaqdan imtina edib: “Əsədov bizim təkliflərdən imtina etdi. Bunun səbəbini də açıqlamadı. Ola bilər ki, klublardan təklif alacağını gözləyir. Onun yerinə Nikolay Adamı təyin edə bilərik. Belə olarsa, U-17-yə baş məşqçi axtaracağıq. Ya da almaniyalını postunda saxlayıb, U-19-a başqa məşqçi tapmalıyıq”.

2008-ci ildən millimizin çalışdıran Foqtsun müqaviləsi bu ay başa çatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail