"Neftçi"nin qapısına penalti təyin edilməli idi" MÜSAHİBƏ

03.12.2013 | 4520 dəfə oxunub

"Sumqayıt" və milli komandamızın qapıçısı Anar Nəzirov Stadium.az-a müsahibə verib

“Neftçi”yə məğlubiyyəti necə şərh edərdin?

-  Oyun çox maraqlı keçdi. Azarkeşlər də sürətli oyun izlədilər. Məğlub olsaq da oyunda zəif tərəf deyildik. “Neftçi” kimi rəqiblə başabaş mübarizə apardıq. Heyf ki, məğlub olduq.

- Oyunda bir neçə mübahisəli epizodlar var idi. Elə sizin vurduğunuz qolun qaydalar çərçivəsində olmadığı iddia edilir. Həqiqətənmi Nurlan əllə qol vurmuşdu?

- Mən o epizodu dünən gördüm ki, Nurlan qolu necə vurub. Heç onun özü də bilməyibb ki, qolu necə olub vurub. Külək o qədər güclü əsirdi ki, özü də matçdan sonra bildi necə vurduğunu.

- Yəni əli ilə vurub?

- Onu Nurlanın özündən soruşsanız daha dəqiq cavab verər.

- Digər mübahisəli epizod penalti idi. Fariz Yusifov “Neftçi”nin qapısına penalti təyin etməliydi?

- Əlbəttə ki. “Neftçi”nin qapısına penalti təyin edilməli idi. Çünki penalti var idi və onu hamı gördü.

- Sabah ölkə kubokunda “Bakı” ilə qarşılaşacaqsınız. Hansı nəticəyə ümid edirsiniz?

- Çalışacağıq ki, yaxşı mübarizə aparıb istəyimizə çataq.

- Bildiyim qədərilə qolunda ağrılar var. “Bakı” ilə oyuna çıxa biləcəksən?

- İnşallah. Komandamızın həkimi ilə danışacağıq. Əgər məsləhət görsə, duracam. Yox ağrılar güclü olsa, müalicəmi davam etdirəcəm.

- Yayda Türkiyədə oynamaq imkanın var idi. Demişdin ki, qışa qalıb. İndi necə, düşünürsən qışda ölkəmizi tərk edəcəksən?

- Hələ ki, qarşıda bizi 3 ağır oyun gözləyir. Başqa heç nə düşünmürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail