AFFA "Neftçi"nin futbolçusunu bağışladı "QARABAĞ"A AĞIR ZƏRBƏ

04.12.2013 | 4784 dəfə oxunub

Dünən AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, gec saatlarda baş tutan iclasda “Neftçi” klubunun futbolçusu Flavinyo (Flavio Aleks Valensio) barədə müraciətə baxılıb. 

AFFA-nın İntizam Komitəsinin braziliyalı yarımmüdafiəçi barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilib. O, intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. Əgər futbolçu 6 aylıq sınaq müddəti ərzində analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Bununla da, Flavinyo “Sumqayıt”la oyunda meydana çıxmadığına görə, 1 oyunluq cəzasını da çəkmiş olub. Bu səbəbdən o, növbəti “Qarabağ” matçında forma geyə biləcək.

Braziliyalı Topaz Premyer Liqasının XIV turunun “İnter”lə oyunda qırmızı vərəqə almış və və AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail