Flavinyo cəzasının dəyişdirilməsindən danışdı

04.12.2013 | 7315 dəfə oxunub

“Neftçi” klubunun futbolçusu Flavinyo AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin onun cəzasını yüngülləşdirməsinə münasibət bildirib. Stadium.az klubun rəsmi saytına danışan braziliyalı futbolçu bu cəzaya layiq olmadığını deyib: “AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə “Neftçi” PFK ilə yanaşı, şəxsən özüm də müraciət etmişdim. Dünən məşqdən sonra federasiyada oldum. Özüm də bu iclasda iştirak etmək istəyirdim. Komitə üzvləri qarşısında fikirlərimi bildirdim. Mənimlə yanaşı, baş hakim Rəhim Həsənov da orada idi və onun da fikirləri dinlənildi. Futbolçunun vəzifəsi meydanda futbol oynamaqdır. Gələcəkdə hakimlər ədalətli qərarları ilə elə etməlidirlər ki, belə toplantılara ehtiyac olmasın. 

Rəhimlə də görüşüb səmimi söhbət etdik. Çox sevindiricidir ki, o da öz səhvlərini dərk edir. Gənc FİFA referisidir, əsas odur ki, öz üzərində daima çalışsın. Ona gələcəkdə Çempionlar Liqası və Avropa Liqasının qrup oyunlarını idarə etməyi arzulayıram. Eşitmişəm ki, Azərbaycanda çox güclü hakimlər olub. Elə “Qarabağ”la keçirəcəyimiz oyun da dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyan stadionda olacaq. Dünənki toplantı gec başa çatdığından, hansı qərarın qəbul ediləcəyini bilmirdim. Bu gün səhər qərarla tanış oldum və cəzamın yüngülləşdirilməsinə sevindim. Çünki həqiqətən də bu cəzaya layiq deyildim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail