Şahin Diniyev: "Şükür ki, buna ehtiyac olmadı "

04.12.2013 | 4501 dəfə oxunub

“Oyun maraqlı və gərgin alındı. Rəqibin oturuşmuş heyətə malik və aqressiv futbolçulardan qurulmuş yaxşı komandası var. “Qaradağ Lökbatan” uduzmağı sevməyən, meydanın hər qarışı uğrunda mübarizə aparan komandadır. 10 nəfərlə qaldıqdan sonra da bizə müqavimət göstərdilər. Artıq bir neçə ildir ki, bir yerdə çıxış edən oyunçuları var. Bu mənada çətin olacağını bilirdik. Rəqib məğlubiyyəti həzm edə bilmir. Bütün bunlar üzərində çalışmışdıq. Bu gün çox şey ilk qoldan asılı idi. İki dəfə hesabda önə keçməklə psixoloji üstünlüyə də yiyələndik. Bolqollu matç oldu, qapılara 7 qol vuruldu. Futbolun bəzəyi də qoldur". Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan"nın baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 finalında "Qaradağ Lökbatan"la oyundan (5:2) sonra deyib.

O, Topaz Premyer Liqada AZAL-la matçları olduğu üçün heyətə dəyişikliklər etdiyini bildirib: "Əsas heyətin bəzi oyunçularına istirahət vermişdim. 3 nəfərin adını ümumiyyətlə, iştirak ərizəsinə salmamışdım. Miloş Adamoviç, Xuan Manuel Varea, Ramazan Abbasov kimi təcrübəli oyunçuları isə ehtiyatda saxlamaqla vəziyyətdən asılı olaraq onları oyuna buraxmağı düşünürdüm. Şükür ki, buna heç ehtiyac olmadı və matç istədiyimiz kimi getdi. 4-cü qol tez gəldiyindən cavanların oynamasına şərait yaratdım. Qələbə qazandığımız üçün şadam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail