"Bakı" "Sumqayıt"la oyuna hazırdır

08.12.2013 | 4545 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasının 16-cı turuna start veriləcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakı” bu turun oyunları çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Ötən gün isə komanda oyunöncəsi son məşqini keçirib. Saat 11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydanboyu qaçıblar. İsinmə hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin futbolçuları ardınca ikili qruplara bölünərək qarşı-qarşıya başla və ayaqla ötürmələr üzərində çalışıblar. Şən əhval-ruhiyyədə keçən məşqin sonrakı bölümündə Əfran İsmayılovun da iştirak etdiyi “kvadrat” oynanılıb.

Növbəti təmrində isə komanda üzvləri iki qrupa bölünərək düzülmüş maneələrdən keçmək şərti ilə təyin olunmuş nöqtəyə qaçış yarışı keçirib. Meydanın digər hissəsində isə qapıçıların məşqçisi Muarem Zeki qolkiperləri müxtəlif məsafələrdən vurulan topları dəf etmək üzərində çalışdırıb. Hazırlığın sonunda ikitərəfli oyun da keçirilib ki, nəticədə “yaşıllar” və “göylər”in mübarizəsində birincilər (3:0) üstün olub.

Onu da qeyd edək ki, zədəli olan Elvin Əliyev və Marius Pena məşqdə iştirak etməyib. “Sumqayıt”la ölkə kubokunun 1/8 final qarşılaşmasında ayaq əzələsini dartan Vüqar Mustafayev isə yarımsaatlıq yüngül qaçışla kifayətlənib. Vadim Abdullayevlə Əziz Quliyev müalicəsini davam etdirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail