"Bizim artıq başqa şansımız qalmayıb" MÜSAHİBƏ

08.12.2013 | 4528 dəfə oxunub

"Simurq”un futbolçusu Nicat Qurbanovun müsahibəsi:

- Növbəti dəfə komandanın heyətinə icarə əsasında qatıldın. Niyə məhz yenidən “Simurq”u seçdin?

- Buraya gəlməyimin ilk səbəbi “Simurq”da “Neftçi”dən fərqli olaraq heyətə düşmək şansım çox idi. Həmdə artıq bu kollektiv mənim üçün doğmalaşıb. İki ildi ki, “Simurq”un formasını geyinirəm. Mövsüm bitdikdən sonrada yenidən buraya qayıtmaq haqqında düşünürdüm. Çünki bura təcrübə qazanmaq baxımından da, mənə çox kömək edir. Futbolçu üçün ən əsas amil oynamaqdı. Şükür ki, hazırda istəyimə çatmışam və “Simurq”un uğurları üçün mübarizə aparıram.

- “Simurq”un hazırkı durumu haqqında nə düşünürsən?

- Meydançamızın təmir olunması ilə əlaqədar olaraq, demək olar ki, 14 turu səfərdə keçirdik. Bu oyunlarda çox vacib xallar itirdik. Artıq doğma arenamıza qovuşmuşuq. Düşünürəm ki, bundan sonra daha yaxşı oynayıb müsbət nəticələr qazanacağıq. Azarkeşlərimizin qarşısında oynamağımız bizim üçün ikiqat məsuliyyət yaradacaq. Bundan sonra xal itirmək şansımız yoxdu. Çünkü geridə qalan oyunlarda buraxdığımız səhvləri düzəltməliyik. Daha yaxşı oynayıb, nəticə qazanmalıyıq.                                                                                  

- “Araz”la oyunda forma geyinməsən də, kənardan komandanın bir üzvü olaraq “Simurq”un məğlub olmasına səbəb nəyi gördün?

- Səbəb deməzdim. Sadəcə bu görüşdə bəxtimiz gətirmədi. Oyuna çox yaxşı başlamışdıq. Hətta hesabda önə çıxmışdıq. Ancaq buraxdığımız qollar oynumuza mənfi təsir elədi. Deyərdim ki, “Araz”ın bəxti gətirdi bu görüşdə. Penaltilər isə bir lotoriyadı. Burdada şans bizdən yana olmadı. Meydan amili və kənar müdaxilədə bizə təsir göstərdi. Bu cür bərbad meydanda futbol oynamaq qeyri-mümkündü. Düzdü kubokdan kənar qaldıq. Buna görə çox məyus olduq. Ancaq bu futboldu. Hər dəfə istədiyin nəticəni qazana bilmərsən. Artıq bu oyunu unutmalıyıq və unutmuşuq. Bizi qarşıda daha ciddi və çətin oyunlar gözləyir. Bu görüşlər haqqında düşünməliyik. Fikrimizi bu oyunlara yönləndirib, qələbə qazanmalıyıq.

 - Növbəti rəqib “Qəbələ”di. Bu oyun haqqında nə düşünürsən?

- Yenə qeyd etmək istəyirəm ki, bizim artıq başqa şansımız qalmayıb. Bütün gücümüzü ortaya qoyub yalnız qələbə qazanmaq haqqında düşünürük. Bu görüşə çox ciddi hazırlaşmışıq. Allahın köməkliyi ilə üç xal qazanmaq üçün meydana çıxacayıq. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün qalib gəlməliyik. İtirəcəyimiz hər bir xal bizi Avrokuboklardan uzaqlaşdıra bilər. Fasilədədə səhvlərimiz üzərində işləyib, mövsümün sonunda azarkeşlərimizi və rəhbərliyi sevindirmək istəyirik. Bu bizim borcumuzdur.

 - Komandanın gənc üzvü kimi, azarkeşlərə nə deyərdin? Sizlər onlara geridə qalan məğlubiyyəti unutdurmaq üçün nə etməlidi?

- Əlbəttə, son oyun ağır keçdi və nəticə heç bir kəsin ürəyincə olmadı. Ancaq azarkeşlərimiz üzülməsin. Onlara bu məğlubiyyəti unutduracağıq. Çempionatın bitməsinə hələ var. Qarşıdakı oyunlarda qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyimizə inanıram. Çünkü bu mövsüm onları çox məyus etmişik. Ev oyunlarımızı doğma arenada keçirmədiyimizdən, bizi dəstəkləmək üçün uzun məsafə qət edirdilər. Bundan sonra çalışacayıq ki, gözəl oyunlarla qazandığımız qələbələri onlara həsr eləyək. Onlarda bizi yalnız buraxmasınlar.

simurqpfk.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail