Nazim Süleymanov: "Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi"

08.12.2013 | 3961 dəfə oxunub

“Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil etdi. İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq". Stadium.az xəbər verir ki,  bu sözləri "Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanov "Qarabağ"la oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.  Təcrübəli mütəxəssis hakimin "Neftçi"nin qapısına təyin etdyi penalti qərarına da münasibət bildirib. Qeyd edib ki, rəqib güclü oyunu sayəsində layiqli qələbə qazanıb: "Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. “Qarabağ”ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail