"Mustafa Dənizli komandaya yeni nəfəs gətirib" MÜSAHİBƏ

09.12.2013 | 5181 dəfə oxunub

 "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun Stadium.az-a müsahibəsi

 

- Qələbəyə nə mane oldu?

- "İnter"in müdafiədən futbol oynadığını yaxşı bilirdik. Ona görə də, hücumda daha aktiv olmaq istəyirdik. Bunu da bacardıq. Pis də oynamadıq. Sadəcə əsas lazım oilan qol idi ki, onu da vura bilmədik. Çox üzüldük buna. Qələbəyə layiq idik.

 - Heç-heçə "İnter" üçün sevindirici olmalıdı?

- Bilmirəm, onlar üçün necə nəticədi. Məni bizim komanda maraqlandırır. Bizim üçün yaxşı nəticə deyildi. Çünki oyunumuzla sübut etdik ki, qələbə qazana bilərdik.

- Niyə qol vura bilmirsiz?

 - Bilmirəm. Şanssızlıq da var idi. 

-  Mustafa Dənizlinin gəlişindən sonra "Xəzər Lənkəran"da dəyişiklik hiss edirsən?

 - Nizam-intizam yüksək səviyyədədi. Özü də əsl peşəkar mütəxəssisdi. Güclü məşqçidi. İnanın yaxşı da insandı. Tanınmış olmasına baxmayaraq, çox sadə inşandı. İnanıram ki, biz onunla yüksək nəticələr verəcəyik.

- Oyundan sonra sizə nəsə dedi?

-  Nümayiş etdirdiyimiz oyuna görə bizi təbrik etdi. Dedi yaxşı idi. O da təəssüfləndi ki, qələbə olmadı. Bu cür oyuna qələbə olmalı idi. İnşallah gələn oyunlarda qələbələr gəlkəcək.

- Con Toşakın vaxtındakı komanda ilə indikinin nə fərqi var?

- Mustafa Dənizlinin gəlişi komandaya yenu ruh nəfəs gətirib. Con Toşak da yaxşı mütəxəssis idi. Amma Mustafa Dənizli ilə də hər şeyin gözəl olacağına inanıram. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail