AFFA yenə cəzalandırdı

10.12.2013 | 5385 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki,  tədbirdə İK Azərbaycan kubokunun 1/8 finalında və Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb. 

Azərbaycan kubokunun 1/8 final “İnter” – “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa” klubunun futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

 Azərbaycan kubokunun 1/8 final “Araz Naxçıvan” – “Simurq” matçında “Araz Naxçıvan” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 Azərbaycan kubokunun 1/8 final “Qarabağ” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 Azərbaycan kubokunun 1/8 final “Qaradağ Lökbatan” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.


Azərbaycan kubokunun 1/8 final “Mil-Muğan” – “Qəbələ” matçının 11-ci dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

 Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 Topaz Premyer Liqasının XVI turunun “Qarabağ” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun “İnter” – “Xəzər Lənkəran” matçının 43-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

 Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Bakı” matçının 90+2-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

 Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun futbolçusu Slavik Alxasov və keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanıb, klub 8000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail