Sumqayıtda 3-cü avtoqol

10.12.2013 | 4394 dəfə oxunub

Topaz Premyer Liqasının XVI turu 2 avtoqolla əlamətdar olub. Stadium.az xəbər verir ki, arxada qalan 15 turun 75 qarşılaşmasında 3 futbolçu öz qapısına qol vurmuşdusa, bu dəfə 2 oyun günündə eyni sayda avtoqol qeydə alındı.

Mövsümün 4-cü, turun ilk uğursuzu Amit Quluzadə oldu. “Qəbələ”li futbolçu “Simurq”la ev oyununda öz qapısına qol vurdu. Növbəti belə hadisə isə yenə Sumqayıtda qeydə alındı. Mövsümün ilk 2 avtoqoluna ev sahibliyi edən arenada bu dəfə meydan sahibləri sevindi. “Bakı”nın legioneri Mario Alvarez öz qapısına qol vurdu.

Xatırladaq ki, mövsümün ilk 2 avtoqolu “Sumqayıt”ın ev oyunlarında meydan sahibləri tərəfindən gerçəkləşmişdi. Adil İbrahimov “İnter”lə, Anar Nəzirov “Qarabağ”la matçda belə uğursuzluq yaşamışdı. Digər uğursuz isə “Bakı” ilə matçda “Neftçi” azarkeşlərini üzən Erik Ramos olmuşdu.

Quluzadənin qolu milli çempionatlar tarixində 121-ci, Alvarezinki 122-ci avtoqol oldu. Hər 2 futbolçu Azərbaycan çempionatlarında ilk dəfə belə halla rastlaşdı. Klublara gəlincə isə “Bakı” 8-ci, “Qəbələ” 2-ci dəfə rəqibi üçün qol vurdu. “Simurq” 6-cı, “Sumqayıt” isə ilk dəfə rəqib qolundan yararlandı.

Alvarez legionerlərin 36-cı avtoqolunun müəllifi oldu. “Bakı”nın legioneri həm də buna üzülən 2-ci ispaniyalıdır. Mariodan əvvəl Xuan Fransisko (AZAL) bu il fevralın 16-da, məhz “Bakı” ilə oyunda qapısına qol vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail