"Bakı"lılar "Atletiko"nun oyununda - FOTOREPORTAJ

13.12.2013 | 5637 dəfə oxunub

Madriddə təlim-məşq toplantısını davam etdirən "Bakı"nın U-14 komandasının üzvləri geridə qalan 2 gün ərzində bir-birindən maraqlı hadisələrin şahidi olublar. Stadium.az xəbər verir ki, 11 dekabr gününü paytaxta gəzinti ilə başlayan gənc futbolçular axşam UEFA Çempionlar Liqasının "Atletiko"-"Porto" qarşılşamasını Vidente Kalderon stadionun tribunlarından canlı izləyiblər. "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatan oyun həyəcanlı anlara səbəb olub.

Həmin gün nümayəndə heyətində yer alan məşqçilər klubun idarəçiləri ilə bir araya gəliblər. Xarici əlaqələrə və əməkdaşlıq layihəsinin rəhbəri Mariya Tereza Chirivi ilə bir araya gələn "Bakı"nın məşqçiləri komandanının Madriddə təlim keçən 5 üzvü ilə bağlı ətraflı məlumat alıblar. "Bakı" futbol akademiyasının baş koordinatoru Yuksəl Kepoğlu gənc futbolçuların şəraiti ilə tanış olaraq, hazırlığın gedişini əks etdirən hesabatı dinləyib.

Bu arada U-14 komanda daha bir yoxlama oyunu keçirib və 1:5 hesabı ilə məğlub olub. Xatırladaq ki, ilk oyunda bakılılar qaib gəlmişdilər.

"Bakı"nın  U-14 komandası ispan məşqçilərin nəzarəti altında məşqlərini davam etdirirlər. Komandanın daha bir yoxlama oyunu keçirəcəyi planlaşdırılır.





















Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail