"Rəvan" üçün şad xəbər

13.12.2013 | 3877 dəfə oxunub

Bazar günü "Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XVII turu çərçivəsində qarşılaşacaq "Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “aslanlar” bu gün "Bayıl Arena”da məşqə çıxıb. 

Təxminən saat yarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdir. Həsənəliyev həftəsonu meydana çıxa biləcək. 

4 sarı vərəqəyə görə cəzalı duruma düşən Ceyhun Cavadovla Novruz Məmmədov isə Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq. 

Sabah səhər Lənkərana yola düşəcək Şahin Diniyevin komandası oyun öncəsi son məşqini də Lənkəran şəhər stadionunda həyata keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail