Amit Quluzadədən Mahir Şükürova "göndərmə": "Dirsək atıb söyüş söyür, ayıbdı" AÇIQLAMA

16.12.2013 | 6130 dəfə oxunub

“Məncə maraqlı oyun oldu. Yəni hər iki komanda hücumda oynayırdı deyə qol epizodları çox idi. Amma uduzmağımıza görə üzülürəm”.

Bu sözləri Stadium.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Amit Quluzadə deyib.

Gənc yarımmüdafiəçi oyun zamanı Mahir Şükürov arasında düşən mübahisədən də danışdı: “Mən oynadım oynamadım onsuz da başım aşağıdı. Heç kimlə işim yoxdu.  Mənim üzüldüyüm başqa şeydi. Mahir millinin üzvüdü. Mənə dirsək atır, sonra da söyüş söyür. Bu ayıbdı.  Mən neyləməliyəm? Deyim əcəb edirsən? Söydü mən də cavabını verdim. Birinci hissədə Rəşada səhvən bir söz dedim. Bilmirdim ki, Rəşad idi. Sonra səhv saldığımı anladım və ona dedim ki, bağışla. Bu mənim böyüklüyümdü. Ancaq Mahir Şükürovun etdiyi böyük ayıbdı”.

Amit “Neftçi” fanatlarının Elnur Allahverdiyevlə arasındakı problemə isə belə şərh verib: “Mən “Neftçi”nin yetirməsiyəm. Bu azarkeşləri yaxşı tanıyıram. Başa düşürəm. Oyundu, hər şey olur. Belə vaxtlarda azarkeşləri sakitləşdirmək lazımdı. Bəziləri kimi “tırka” vermək olmaz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail