“İnter”in 500-cü qolu

16.12.2013 | 4629 dəfə oxunub

Topaz Premyer Liqasının 17-ci turunun “İnter” – “Sumqayıt” oyununda hesabı açan Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 500-cü qolunu vurub. Bu qarşılaşmayadək hesabında 499 qol olan “İnter” sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.

1999-cu ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə “Xəzər Universiteti” adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub. 2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol sayını 501-ə çatdırıb.

501 qolunu 371 matçda vuran “İnter” öz qapısından 316-nı buraxıb. Vurulan qolların 273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu 5 matç isə top fərqində əksini tapmayıb.

“İnter” Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadır. Onlara qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” və “Bakı” da bunu bacarıb.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.

“İnter”in mövsümlər üzrə vurduğu qollar 

Mövsüm

Qol

1999/2000

19

2000/01

23

2001/02

31

2003/04

37

2004/05

41

2005/06

35

2006/07

36

2007/08

55

2008/09

54

2009/10

47

2010/11

29

2011/12

29

2012/13

38

2013/14

27

Cəmi

501

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail