Millimizə düşmək üçün tanışın olmalıdı? AÇIQLAMA

16.12.2013 | 5627 dəfə oxunub

Bildiyiniz kimi Arif Əsədov 19 yaşlılardan ibarət yığma komandamızdan getdi. Əvəzinə isə AFFA hələ ki, Nikolay Adamı təyin edib. Hələ tam qərarını verməyib. Alman mütəxəssis Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkin turniri ilə şans verilib. Alınacaq yaxşı nəticələrlə Adam havayıdan cibinə girən pulların sayını birə-beş çoxalda bilər.

Hər halda ayına vur-tut 28 min avro qazanan “kasıb” alman heyətdə də bir çox dəyişikliklər edib. Əslində Adam U-17də oynayanları U-19a dəvət edib. Amma elə bu yığmada oynayanların bəzilərinə yığma “poyeskaları” haqda unutmalarını məsləhət görüb. Elə Elvin Bədəlov da onlardan biridi. Azərbaycanın lazımsız klublarında oynaya-oynaya U-19-a dəvət edilən futbolçulardan fərqli, “Zenit”in əvəzedici heyətinin aparıcı üzvü milli məşqçilərinin diqqətindən kənar qalıb.

Arif Əsədovun dövründə daima əsas heyətdə yer alan Elvin indi yığmadan yaman soyuyub. Elvin Stadium.az-a açıqlamasında bu haqda danışdı. Yaman kövrəlirdi: “İndi məşqlərə ara verilib. Yəni məzuniyyətdəyik. Dincəlirəm, valideynlərim və sevdiyim insanla bərabərəm. Bakıya? Yox Bakıya nəyə gəlimki? Bütün tanışlarım, sevdiklərim buradadı. Bakıya təlim-məşq toplanışına gəlmək istəyirdim. O da çağırmadılar. Anlamadım heç bu məsələni. Nə fikirləşirlər? Niyə çağırmadılar siz bilmirsiz? Mən də bilmirəm. Futbolçuyam, durub heç kimə deyə bilmərəm ki, nolar məni çağırırın (gülür)”.

“Zenit”in heyətində Çempionlar Liqası kimi mötəbər turnirin üzünü görən Elvin niyə U-19a dəvət almır? Ancaq heç Palanqa kimi lazımsız və səviyyəsiz turnirin üzünü görməyən indiki U-19-da çıxış edənlər Adamın sevimlisinə çevrilib. Biri də var hələ, Müslüm Zararsız. Soyadı kimi olsaydı nə var idiki? Çox zararlıdı vAllah. Guya türkiyəlidi. Amma türk dilində də deyil, alman dilində danışır. Sözümün canı başqadı. Klubsuzdu, amma Adam dayısı onu milliyə dəvət edir: “Mən heç kimdən zəif deyiləm. Ancaq təəssüflər olsun ki, U-19 məşqçiləri mənə dəvət göndərmir. Bunu dərd etmirəm. Çağırmırlar, deməli Azərbaycana lazım deyiləm. Lazım olsam çağırardılar. Hər şey aydındı”.

Bədəlovun Arif Əsədovun nəyə görə yığmadan getməsini bilmək istədi: “Axı Arif Əsədovu niyə çıxartdılar? O ki yaxşı məşqçi idi. Yəqin nəticələr yaxşı olmadığına görədi. Amma nə olsunki? İsveçdə mərhələ keçə bilmədik deyə, məşqçini niyə çıxardırlar? ArifƏsədov çox yaxşı məşqçidi. Nikolay Adamı heç tanımıram. O, çəni görməyib də. Düşünürəm ki, heç çağırmaz da məni”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail