Jurnalistlərin Həmrəylik Kubokunda yarımfinal oyunları keçirildi - finalçılar bəlli oldu

18.12.2013 | 5440 dəfə oxunub

Peşəkar Futbol Liqasının sponsorluğu və Stadium.az saytının təşkilatçılığı ilə keçirilən Jurnalistlərin Həmrəylik Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Stadium.az xəbər verir ki, ilk olaraq meydana “İdmanxeber.com” və “Futbol+” komandaları çıxdı. Bundan öncəki oyunda birincilərin iki oyunçusu qırmızı vərəqə aldığından və ehtiyatda futbolçuları olmadığından onlar meydana 6 yox, 5 oyunçu ilə çıxmışdı. Rəqib isə güzəştə getməyərək 6 oyunçu xidmətindən maksimum yararlandı. Buna baxmayaraq hesabı “İdmanxeber.com” açdı. Komandanıb bombardiri Elsəvər Əliyev qol vurdu. “Futbol+” ancaq ikinci hissənin startında hesabı bərabərləşdirə bildi. Ardından “İdmanxeber.com”un oyunçusu hakimə hörmətsizlik etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldı komanda meydanda 4 nəfərlə qaldı. Buna rəğmən oyunun sonuna kimi 1:1 hesabı dəyişmədi. Sona dəqiqələr qalarkən isə “Futbol+”un qapıçısı qırmızı vərəqə aldı. Oyunsonrası penaltilərdə isə daha təcrübəli olan “Futbol+” oyun boyu azlıqda çıxış edən uda bilmədiyi rəqibini 5:4 hesabıyla üstələdi.

İkinci yarımfinal oyununda isə “İdman Azərbaycan” “Rekord Komanda”yla üz-üzə gəldi. İlk görüşdən fərqli olaraq bu dəfə qarşılaşma gərgin keçmədi. “İdman Azərbaycan” rəqibini 4:1 hesabıyla məğlub edərək adını finala yazdırdı.

Beləliklə finalda “İdman Azərbaycan”la “Futbol+” , üçüncülük oyununda isə  İdmanxeber.com”la “Rekord Komanda” üz-üzə gələcək. Maraq üçün deyək ki, “İdman Azərbaycan”la “Futbol+” eyni qrupda mübarizə aparıb. Bu komandalar arasında qrupdakı oyun “Futbol+”un xeyrinə başa çatıb 4:2.

Yarımfinal

17 dekabr 11:00.

“İdmanxeber.com” - “Futbol+” 1:1 (pen. 4:5)

Qollar: Elsəvər Əliyev – Əli Raufoğlu

 12.00

“İdman Azərbaycan” - “Rekord Komanda” 4:1

Qollar: Sərxan İbrahimoğlu (3), Tural Məmmədli – Anar Xanlarov

Bombardirlər: Sərxan İbrahimoğlu 25 (İdman Az), Səbuhi Nərimanoğlu 15 (Futbol+), Elsəvər Əliyev 14 (İdmanxeber.com), Ceyhun Rzayev 11,  (Komanda Rekord), Anar Əsədov 9 (idmanxeber.com), Anar Xanlarov 8 (Komanda Rekord), Tural Məmmədli 7 (İdman Az), Tural Xudiyev 6 (Het Trik news), İsmayıl Abdullayev (İdman Az) 6.



  #1   Adınız: Tural Mammadli;   E-mail: ---

18.12.2013 16:59

Menim 8 qolum var)

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail