Mustafa Dənizli klublar barədə məlumat yığır

18.12.2013 | 4020 dəfə oxunub

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində dekabrın 20-də “Sumqayıt” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Stadium.az xəbər verir ki, “ağ-yaşıllar” dekabrın 17-də stadionun ehtiyat meydançasında güclü yağış altında məşqə çıxıb. 

Saat 11:00-da başlayan və 1 saat 20 dəqiqə davam edən hazırlıq prosesinin sonunda ehtiyat meydançanın ot örtüyü korlanıb. Durmadan yağan yağış öz sözünü deyib. Belə olan halda məşqçilər korpusunun qərarı ilə sabahkı hazırlığın Lənkəran şəhərinin İnşaatçılar məhəlləsindəki (RAYPO-nun yanı) idman kompleksinin süni örtüklü – qapalı meydançasında keçirilməsi məqsədəuyğun sayılıb.

Bundan əlavə Cənub klubunun məşqçilər korpusu haqqında da əlavə bir məlumat əldə olunub. Belə ki, komandanın məşqçiləri növbə ilə Premyer Liqanın son bir neçə turunun bütün oyunlarını izləyib və “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “İnter” və “Bakı” komandaları haqqında ümumi məlumatları toplayaraq baş məşqçiyə çatdırıblar. Bu yolla da Mustafa Dənizli turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandaların oyun üslubu, hazırkı durumu, eləcə də lider komandaların heyətlərindəki üstünlüklərin və boşluqların ümumi mənzərəsini yaratmağa çalışıblar. Türkiyəli təcrübəli mütəxəssis bu vasitə ilə qış fasiləsində rəqib komandaların heyətlərində edilə biləcək dəyişikliklərə də indidən hazırlaşmağa, həmçinin çempionatın ümumi səviyyəsini müəyyənləşdirərək “Xəzər Lənkəran”a lazımi transferlərin həyata keçirilməsinin sxemini qurmağa başlayıb.

12cioyuncu.info
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail