Güloğlan Cabbarovdan "Bakı"lılara çox ağır cavab ŞOK-ŞOK-ŞOK

19.12.2013 | 8456 dəfə oxunub

Son günlər “Neftçi”nin keçmiş direktoru Güloğlan Cabbarovun yenidən komandaya qayıdacağı xəbərləri dolaşır. Stadium.az xəbər verir ki, ölkə kubokunun finalında “Xəzər Lənkəran”la qalmaqallı matçdan sonra istefa verən Cabbarov şəxsi “facebook” səhifəsində bu məsələyə cavab verib: Deyir, dəlinin biri quyuya bir daş atdır, amma qırx ağıllı yığışdı, o daşı quyudan çıxarda bilmədi. Mən də xəbərlərdə oxudum ki, “Neftçi”yə qayıdıram. Lap yaxşı, əgər “Neftçi”nin prezdenti, mənim əziz qardaşım Sadıq Sadıqov bunu məsləhət bilsə problem yoxdur. Amma mənim fikrimi bilmək istəsələr, “Neftçi”yə qayıtmağa heç fikrim də yoxdur. Bu gün haqqımda yenə “baner” açıblar. Bu məsələdə “Xəzər Lənkəran” azarkeşlərini başa düşmək olar, amma “Bakı”nın ikiüzlülərini başa düşə bilmədim. Əgər adam döyməkdən söhbət gedirsə, üç il bundan qabaq “Xəzər Lənkəran”ın mühafizəçilərini “Bakı”lılar  Tofiq Bəhramov adına Respublika stadionunda döyüb öldürürdülər, yerdə qalanını da vitse-prezidentləri Tuyqun Nadirovla birlikdə aparıb soxdular içəri. İndi qardaş olmusuzsa, sizə halaldı. Amma “Xəzər Lənkəran”da olan qeyrətli oğlanlar bir gen bunun hesabın soruşarlar sizdən. İş məsələsinə gəlincə, sizin klubda Əli gəlir Vəli gedir, Vəli gəlir Əli gedir. Sadıq Sadıqov sizin işinizə qarışır ki, indi siz də onun işinə qarışasız?! Gedin, öz klubunuzda futbolun inkişafıyla məşğul olun. Başqalarının işlərinə burnunuzu soxmayın. “Neftçi” yenə çempion olacaq, çünki bu klubu qeyrətli, namuslu bir insan idarə edir”.

Cabbarovu belə danışmağa isə “Bakı”lı azarkeşlərin "Xəzər Lənkəran"lılarla bir yerdə “Eliko cinayətkardırsa, Güloğlan QATİLDİR” pankartı asması səbəb olub.

Fotoğraf: Şərəfsizliyin son həddi... 

Ramil...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail