"Bakı-2015"i yayımlayacaq şirkət hansıdır?

20.12.2013 | 4606 dəfə oxunub

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarını İSB (Beynəlxalq İdman Teleyayımı Şirkəti) yayımlayacaq. Stadium.az xəbər verir ki, bu barədə “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin (BEGOC) yaydığı press-relizdə bildirilir.
 
Bu saziş 12 - 28 iyun 2015-ci ildə Avropanın və bütün dünya azarkeşlərinin ilk Avropa Oyunlarını televiziya və onlayn vasitəsilə izləmək imkanına malik olacağını nəzərdə tutur. Avropa Olimpiya Komitəsi (EOC) tərəfindən yaradılan və 2012-ci ilin dekabrında Bakıda keçirilməsi qərara alınan Oyunlarda 49 ölkənin 5 mindən artıq idmançısı ən azı 18 idman növü üzrə yarışacaq.
 
16 gün davam edəcək Avropa Oyunları zamanı İSB yüksək dəqiqliklə gözlənilən 1200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək. Bura bütün yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. İSB açılış və bağlanış mərasimlərini, eləcə də Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.
 
Teleyayım şirkəti olmaqla yanaşı, İSB 2015-ci il Avropa Oyunları üzrə teleyayım hüquqlarının Avropada və onun hüdudlarından kənarda satışını idarə edəcək qurum olaraq təyin edilib. İSB həmçinin, 2015-ci il Avropa Oyunları üçün Beynəlxalq Teleyayım Mərkəzinin layihəsini işləyib hazırlayacaq və həmin mərkəzi idarə edəcək.
 
İSB dünyada idman yayımında özünün üstün və yenilikçi xüsusiyyətlərinə görə tanınır. 1996-cı ildə Manolo Romero tərəfindən əsası qoyulan şirkət dünyanın çoxsaylı aparıcı idman tədbirlərinin teleyayım şirkətidir, bura 7 Olimpiya Oyunları, 6 Paralimpiya Oyunları, çoxsaylı dünya çempionatları, çoxsaylı Dünya Kuboku və Pan-Amerika Oyunları kimi qitəmiqyaslı tədbirlər daxildir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail